Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaqif Mustafayevin ən yaxın adamı “Space”-dən getdi
“Space” televiziyasının Mədəniyyət Departamentinin direktoru İman Məcidov işdən çıxıb.

Bizim Yol xəbər verir ki, İman Məcidovun işdən ayrılmasına səbər telekanalda maddi vəziyyətin pis olması qeyd edilib. İman Məcidovla bərabər telekanalın “Olanlar” verilişinin aparıcısı Xəyal Orucoğlu da işdən çıxıb. Onların hər ikisinin kanalda baş verən maddi çətinliklərdir səbəbindən kanalı tərk etdiyi bildirilib.

Bildirək ki, bir müddət bundan əvvəl telekanalın səhər verilişinin aparıcısı əməkdar artist Əkbər Əliyev də “Space”-dən işdən çıxmışdı.

Bizim Yol-un əldə etdiyi məlumata görə “Space”-dən işdən ayrılan İman Məcidov artıq Azərbaycan Dövlət Televiziyasında(AZTV) işə başlayıb.

Qeyd edək ki, “Space” televiziyasının prezidenti Vaqif Mustafayev kinorejissordur. İşdən ayrılan İman Məcidov da mədəniyyətlə bağlı olan və Vaqif Mustafayevə kanalda ən yaxın adam hesab edilirdi.

Son xəbərlər
Bütün xəbərlər »