Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qrantlara dair prosedur dəyişdi
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin qeydiyyata alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament”i yeni redaksiyada  təsdiqləyib.

APA-nın məlumatına görə, qərara əsasən, publik hüquqi şəxslərə və kommersiya qurumlarına ayrılan qrantlara dair bildirişlərin verilməsi zamanı eyni prosedur tətbiq olunacaq.

Kollegiyanın təsdiqlədiyi “Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” iyunun 24-dən qüvvəyə minib. http://e-xidmetler.economy.gov.az və http://e-gov.az  elektron ünvanlarında kommersiya qurumları və publik hüquqi şəxslərə təqdim edilən elektron xidmət yenə İqtisadiyyat Nazirliyi tərəfindən göstəriləcək. Dəyişiklik isə odur ki, bundan sonra Maliyyə Nazirliyi elektron xidmətin digər icraçısı olacaq. Elektron xidmətin icra müddəti də artırılıb, 1 həftədən 15 günə çatdırılıb. İndiyə qədər elektron xidmətin göstərilməsi üçün qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydiyyata alınması üçün ərizə, o cümlədən notarial qaydada təsdiq olunmuş qrant alınmasına (verilməsinə) dair müqavilə (qərar) və notarial qaydada təsdiq olunmuş xarici dildə tərtib edilmiş qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) Azərbaycan dilinə tərcümə olunmuş nüsxəsinin skan edilmiş surətləri elektron formada tələb edilib. Dəyişikliyə əsasən bu siyahı genişləndirilib. Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmas ilə əlaqədar elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onlar skan edilərək elektron formada təqdim olunur:

- qrant müqaviləsinin (qərarının) və ya qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizə;

- Xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizə (qrant xarici donor tərəfindən verildikdə);

- müqavilə (qərar), o cümlədən əlavə müqavilə (qərar) və ya onlarda edilmiş dəyişiklik;

- müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə;

- donor fiziki şəxs olduqda şəxsiyyəti təsdiq edən sənəd;

- qrantın maliyyə-iqtisadi əsaslandırılması (qrant xarici donor tərəfindən verildikdə);

- müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda);

- sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi;

- sənədlər xarici ölkədə tərtib olunduqda, onların leqallaşdırılmış və ya apostil verilmiş nüsxələri.

Xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda (qrant xarici donor tərəfindən verildikdə) və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə (qrant xarici donor tərəfindən verildikdə) elektron xidmətin göstərilməsindən, sorğunun icra edilməsindən imtina olunacaq. Digər hallarda təqdim edilən sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu çatışmazlıqların aradan qaldırılması üçün 10 gün vaxt veriləcək. Başqa sözlə, təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10  gün müddət təyin edir.  Aşkar edilmiş çatışmazlıq 10 gün müddətində aradan qaldırılmadıqda elektron xilmətin göstərilməsindən imtina olunacaq.

Xarici donorlar tərəfindən verilən qranta dair müqavilələrin (qərarların) qeydə alınması zamanı bu inzibati reqlamentdə nəzərdə tutulmuş sənədlər, daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, İqtisadiyyat Nazirliyində məsul şöbədə onların tamlığı, donorun “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nda göstərilmiş xarici donorlara aid olub-olmadığı müəyyən edilir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsi (qərarı) və qrantın maliyyə-iqtisadi əsaslandırılması sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərilir və qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı dayanır. Qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy İqtisadiyat Nazirliyinə daxil olduqdan sonrakı gün başlanılır. İnzibati reqlamentdə göstərilən ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 gün müddətində qrant müqaviləsi (qərarı) qeydə alınır və bu barədə müraciət edən şəxsə bildiriş verilir. Həmin sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 günədək uzadıla bilər.

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »