Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Vakansiyalar üzrə əhali arasından əmək fəaliyyətinə cəlb edilə biləcək şəxslər müəyyən edilir" - Video
"Vakansiyalar üzrə əhali arasından əmək fəaliyyətinə cəlb edilə biləcək şəxslər müəyyən edilir" - Video

İşğaldan azad edilmiş ərazilərə köçürülən insanların məşğulluq məsələsi hər zaman gündəmdə olub. Bu dəfələrlə sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə bu məsələyə aydınlıq gətirərkən Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, köçdən öncə köç siyahısı hazırlanarkən, köçürüləcək əhalinin təhlili aparılır. Bununla da, köçürüləcək insanların ərazidə hansı işlə məşğul ola biləcəyi müəyyən edilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə / Foto: İradə Cəlil, Bizimyol.info Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə / Foto: İradə Cəlil, Bizimyol.info

Ümid İsazadə qeyd edib ki, "bu prosesin bu şəkildə keçirilməsi nəticəsində ərazidə müəyyən edilən vakansiyalar üzrə əhali arasından əmək fəaliyyətinə cəlb edilə biləcək şəxslər müəyyən edilir. Bura müxtəlif sahələr tibb, təhsil və s. aiddir. Bununla yanaşı, digər sahələr üçün tikintidə və yaxud idarəetmədə, elektrik şəbəkələrinin idarə edilməsi və s. istiqamətdə biliklərə sahib olan mütəxəssislərin axtarışı da davam etdirilir".

Ümid İsazadə vurğulayıb ki, həmin şəxslər köç siyahısına da salınıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »