Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Mədəni əhəmiyyəti böyük olan Tuğ kəndi də digər tarixi torpaqlarımız kimi vandalizmə məruz qalıb"
"Mədəni əhəmiyyəti böyük olan Tuğ kəndi də digər tarixi torpaqlarımız kimi vandalizmə məruz qalıb"

Hadrut və Tuğ, ümumiyyətlə çox vacib ərazilərdən biridir. Həmin ərazilərin turizm potensialı ilə yanaşı, Tuğ kəndinin tarixi mədəni əhəmiyyəti də var. Bu səbəbdən də, bu iki əraziyə xüsusi həssaslıqla yanaşılır. Hadrut qəsəbəsində məscidin tikintisi ilə yanaşı, özəl investisiya hesabı ilə fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.

Bu barədə ötən həftələrdə Füzulidə media nümayəndələri üçün keçirilən brifinqdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə Bizimyol.info xəbər portalına danışıb. Ümid İsazadə qeyd edib ki, dövlət tərəfindən qəsəbədə torpaq söküntü işləri yekunlaşdırılıb və 7 yaşayış binasının bərpası və inzibati mərkəzin, klub, icra mərkəzinin, müxtəlif ictimai yaşayış binalarının tikintisi yaxın zamanlarda başlayacaq.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə / Foto: İradə Cəlil, Bizimyol.info Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə / Foto: İradə Cəlil, Bizimyol.info

Nümayəndənin sözlərinə görə, istər Hadrutda, istərsə də Tuğda ərazilər turizm mərkəzi olduğu üçün Dövlət Turizm Agentliyi tərəfindən müvafiq işlər görülür.

“Ərazinin lahiyələndirilməsi, zəruri infrastrukturların və turizm məlumat mərkəzlərinin qurulması üzrə hərəkət edirik. Tuğun tarixi mədəni əhəmiyyəti bizim ölkə üçün çox böyükdür. Əfsuslar olsun ki, digər ərazilərimiz kimi Tuğ kəndi də çox böyük vandalizmə məruz qalıb. Bu səbəbdən, biz ilkin mərhələdə orda 30 fərdi yaşayış evinin yenidən bərpasına və onların ətrafındakı hasarların, yaşıllıq ərazilərinin, yol kommunikasiya şəbəkələrinin, səkilərin, inzibati mərkəzlərin, bir neçə qeyri-yaşayış binasının məktəbin və bağçanın tikintisinə və ya bərpasına yaxın zamanlarda başlayacağıq”-deyən Ümid İsazədə bildirib ki, bu ərazilərdə torpaq işləri artıq bitib.

"Hadrut qəsəbəsində olduğu kimi, Tuğ kəndində də müvafiq işlər, müvafiq lahiyələndirmə işləri Turizm Agentliyi tərəfindən davam etdirilir"-deyən Ümid İsazadə qeyd edib ki, lahiyələndirmə işlərinə çox xüsusi diqqət yetirilir: "Həm lahiyələrin keyfiyyətli olması, həm də dövlət büdcəsinə qənaət olunması və maliyyə vəsaitin səmərəli istifadə olunması da prioritet məsələdir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »