Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qondarma respublikanın separatçı rəhbərlərilə bağlı cinayət işinin istintaqı tamamlanıb
Qondarma respublikanın separatçı rəhbərlərilə bağlı cinayət işinin istintaqı tamamlanıb

Azərbaycanın Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğalından sonra o ərazidə yardılmış qondarma respublikanın separatçı rəhbərlərilə bağlı cinayət işinin istintaqı tamamlanıb.

Bizimyol.info xəbər verir ki, aralarında separatçıların “prezidenti” olmuş Arkadi Gukasyan, Arayik Harutyunyan, “xarici işlər naziri" David Babayan, “parlament sədri” David İşxanyanın da olduğu 15 nəfərin işi üzrə cinayət işlərinin materialları yaxın vaxtlarda məhkəməyə göndəriləcək.

Bu barədə Xankəndidə Baş Prokuror Kamran Əliyev jurnalistlərin suallarını cavablandırarkən məlumat verib. Baş Prokuror qeyd edib ki, istintaq dövründə təqsirləndirilən 15 nəfərin bütün hüquqları təmin olunub: “Ölkədaxili qanunlar və beynəlxalq konvensiyalarının tələblərinə uyğun olaraq bütün hüquqları təmin olunub. Onlar vəkil və tərcüməçi ilə təmin olunublar. Hazırda təqsirləndirilən şəxslər, vəkillər və zərərərçəkmiş şəxslər cinayət işi materialları ilə tanış olurlar. Tanışolma mərhələsi başa çatandan sonra ittiham aktı məhkəməyə göndəriləcək".

Sözügedən separatçılar 2023-cü il sentyabrın 19-da Azərbaycanın keçirdiyi antiterror əməliyyatı nəticəsində saxlanılıb. Azərbaycan ərazilərinin bombalanması, mülki əhalinin öldürülməsi və s. cinayətlərdə ittiham olunan bu şəxslərə qarşı Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 214-3 (terrorçuluq məqsədilə təlim keçmə), 218 (cinayətkar birlik yaratma) və başqa maddələrilə ittiham irəli sürülüb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »