Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In Putinə iki "pungsan" ov iti verib
Kim Çen In Putinə iki "pungsan" ov iti verib

Şimali Koreya lideri Kim Çen In Rusiya prezidenti Vladimir Putinə iki nadir "pungsan" cinsindən olan ov iti hədiyyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

"Yoldaş Kim Çen In fəxri qonaqlar üçün Kumsusan iqamətgahının bağçasında Prezident Putinə ölkəmizin milli it cinsi olan bir cüt "punqsan" iti hədiyyə etdi", - deyə mesajda qeyd edilir. "Punqsan", KXDR-dən kənarda olduqca nadir və demək olar ki, məlum olmatan it cinsidir.

İyunun 18-19-da Putin KXDR paytaxtında dövlət səfərində olub. Bu səfər cavab səfəri idi. Kim Çen In ötən ilin sentyabrında özü Rusiyada səfərdə olarkən ölkəyə səfər dəvətini Putinə şəxsən çatdırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »