Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Gənc səfir" Leyla Mustafayeva İngiltərənin Kembric universitetində Azərbaycanı təmsil edəcək
"Gənc səfir" Leyla Mustafayeva İngiltərənin Kembric universitetində Azərbaycanı təmsil edəcək

Bu il sentyabrın 8-dən 12-nə kimi dünyanın ən aparıcı universitetlərindən biri sayılan Kembric (“Cambridge”) universitetində Liderliyin İdarə Edilməsi və Münaqişələrin Həlli (“Leadership Management and Conflict Resolution”) adında proqram keçiriləcək.

Bizimyol.info xəbər verir ki, Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat Fakültəsindən, Dövlət və İctimai Münasibətlər ixtisası üzrə məzun olan Mustafayeva Leyla Rauf qızı bu prestijli proqramın təqaüdünü qazanıb. Təqaüdü “Global Peace Chain” təşkilatı qarşılayacaqdır, və bu qrant əsasən gənc və uğurlu diplomatlara verilir.

"Gənc səfir" Leyla Mustafayeva İngiltərənin Kembric universitetində Azərbaycanı təmsil edəcək

Qeyd edək ki, Leyla bu proqramı təqaüdlü şəkildə qazanan yeganə azərbaycanlı oldu. Leyla həmçinin bu il Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən “Dayanıqlı İnkişaf Məqsədləri üzrə Gənc Səfir” seçilib, 2 ay əvvəl isə Varşavada “European Forum for Young Leaders”-da iştirak edib.

Leyla Mustafayeva, sentyabrda proqram boyunca əldə edəcəyi bilik və təcrübələri portalımızla bölüşəcək. Əsas məqsədi gənclərə nümunə kimi göstərilmək olan "gənc səfir", yaşıdlarına və gələcəyin tələbə namizədlərinə təklif edir ki, dünyada müasir dövrün bacarıqlarına böyük diqqət göstərilir və hədəfi olan gənclər də bu önəmli fürsətdən mütləq yararlanmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »