Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şolz Rusiyaya qarşı yeni sanksiyaların bloklanması ilə bağlı məlumatları təkzib edib
Şolz Rusiyaya qarşı yeni sanksiyaların bloklanması ilə bağlı məlumatları təkzib edib

Almaniya Rusiya Federasiyasına qarşı yeni sanksiyaların qəbulu prosesini ləngitmir, əksinə, onların effektiv olmasına çalışır.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz "ZDF" telekanalına G7 sammitinin keçirildiyi İtaliyada məlumat verib.

“Biz onlara mane olmuruq, biz sanksiyalar paketləri üzrə hamı ilə fəal əməkdaşlıq edirik və onların həyata keçirilməsinə ən praqmatik yanaşmanı təmin etmək istəyirik”, - deyə o əlavə edib ki, Berlin bu məsələdə alman biznesləri ilə məsləhətləşir. “Bizə sanksiya edilmiş malların başqa ölkələr vasitəsilə Rusiyaya ixracının qarşısını alan həllər lazımdır”, - deyə kansler qeyd edib.

"DPA"nın daha əvvəl Brüsseldəki diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Almaniya hökuməti bu yaxınlarda yeni paketin təsdiqini əngəlləyib."Almaniyanın yeni Macarıstana çevrildiyi hiss olunur", - deyə agentlik Budapeştin Rusiya Federasiyasına qarşı sanksiyaların razılaşdırılması prosesini əngəllədiyi çoxsaylı hallara istinad edən həmsöhbətdən sitat gətirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »