Səudiyyə Ərəbistanı ilk uçan taksi sınaqlarını uğurla həyata keçirib. Bu pilotsuz aparatlar ziyarətə gedən insanların daşınmasından tutmuş tibbi ləvazimatların daşınmasına qədər bir çox sahədə istifadə edilməsi planlaşdırılır.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, inkişaf edən texnologiya ilə birlikdə uçan taksilərin gələcəkdə daha çox yayılacağı gözlənilir və bir çox şirkət bu mövzuda addımlar atmaqdadır. İndi Səudiyyə Ərəbistanından bununla bağlı mühüm addım atılıb.
Ölkədə ilk uçan taksi sınaqlarına start verilib. Pilotsuz "eVTOL" (elektrikli şaquli qalxma və eniş təyyarəsi) ilə sınaqlar Məkkədə aparılıb və uğurlu alınıb.
Həccə gedən insanların daşınması kimi bir çox sahələrdə istifadə edilməsi planlaşdırılır
Testlərdə dünyanın mülki aviasiya orqanları tərəfindən lisenziyalı ilk hava taksisi olaraq xarakterizə edilən "EH216-S" adlı "eVTOL"dan istifadə edilib. "EHang" tərəfindən hazırlanmış təyyarə Məkkədə keçirilən sınaqlarda müvəffəqiyyətlə uçub, eyni zamanda uğurlu şaquli qalxma və rahat eniş edib.
Səudiyyə Ərəbistanında uçan taksilərdən müxtəlif məqsədlər üçün istifadə edilməsi planlaşdırılır. Həcc ziyarətinə gedən zəvvarları daşımaq da onlardan biridir. O, həmçinin fövqəladə hallar, tibbi ləvazimatların daşınması və digər logistik xidmətlərin göstərilməsi kimi yerlərdə istifadə olunacaq.
Səlahiyyətlilər, nəqliyyat vasitələri ilə həcc ziyarətinə gedənlərin daha fasiləsiz və davamlı bir təcrübəyə sahib olacağını bildirdi. Qeyd edək ki, sistemin yaxın illərdə daha da təkmirləşdirilərək istifadəyə verilməsi planlaşdırılır.
Qadir, Bizimyol.info
فيديو | قريبا.. زيادة مدى وحجم الطائرة..
وزير النقل م. صالح الجاسر لـ #الإخبارية: التاكسي الطائر تجربة بدون طيار وصديق للبيئة وموسم #حج_1445 الأفضل لاستخدام التقنية#يسر_وطمأنينة #الحج_عبر_الإخبارية pic.twitter.com/InD8ODatz6
— قناة الإخبارية (@alekhbariyatv) June 12, 2024