Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sunak deyib ki, yenidən baş nazir seçilsə, Ukraynaya dəstəyini davam edəcək
Sunak deyib ki, yenidən baş nazir seçilsə, Ukraynaya dəstəyini davam edəcək

Böyük Britaniyanın baş naziri Rişi Sunak ölkədə iyulun 4-də keçiriləcək ümumi seçkilərdə hakimiyyətdə qalacaqları təqdirdə Ukraynaya dəstəyin eyni səviyyədə davam etdiriləcəyini bəyan edib.

Bizimyol.info xəbər verir ki, Sunak İtaliyada keçirilən G7 Liderlər Sammitindən sonra mətbuata açıqlama verib.

Sammitdə süni intellekt təhlükəsizliyi, nizamsız miqrasiya və insan alveri ilə bağlı atılacaq addımların müzakirə edildiyini bildirən Sunak, Çinin hərəkətlərinin regional, həmçinin qlobal risklər daşıdığını bildirib.

Çinin də Rusiyaya hərbi dəstək verdiyini qeyd edən Sunak deyib: “Bizim mesajımız çox aydındır. Əgər Rusiyanın davam edən müharibə iqtisadiyyatını və qeyri-qanuni müharibəsini dəstəkləsəniz, bunun əvəzini ödəyəcəksiniz. G7 Ukrayna ilə tam birlikdədir”.

Ukraynanın təhlükəsizliyinin G7-nin təhlükəsizliyi demək olduğunu deyən Sunak, G7 ölkələrinin Ukraynaya olan 50 milyard dollarlıq borcunun dondurulmuş Rusiya aktivləri ilə ödənilməsi ilə bağlı razılığa gəldiyini vurğulayıb.

İclasın sual-cavab hissəsində Sunak 4 iyulda İngiltərədə keçiriləcək ümumi seçkilərdən sonra Ukraynaya dəstəyin davam edib-etməyəcəyi sualını cavablandırıb. Sunak, Mühafizəkarlar Partiyasının hakimiyyətdə qalacağı təqdirdə müdafiə xərclərinin milli gəlirin 2,5 faizini təşkil etməyə davam edəcəyini vurğulayıb: “Biz Ukraynanın yanında olacağıq və nə olursa olsun, eyni səviyyədə dəstəyi verməyə davam edəcəyik”, -deyib.

Sunak, İşçi Partiyasının seçkilərdə qalib gələcəyi təqdirdə müdafiə büdcəsinin azalacağını bildirib. İngiltərənin Ukraynaya verdiyi silahların Rusiyaya qarşı istifadəsinə icazə verilib-verilməyəcəyi sualını cavablandıran Sunak: "Bizim işimiz Ukraynaya ehtiyac duyduğu silahlarla təmin etmək və o silahlardan necə istifadə etmələrinə nəzarət etməkdir", - deyə bildirib.

Sunak Mühafizəkarlar Partiyasının seçki manifestində İngiltərənin Avropa İnsan Haqları Məhkəməsindən (AİHM) çıxacağına dair iddiaların olmamasının partiya daxilində reaksiyaya səbəb olması ilə bağlı iddialara da cavab verib: “Əgər ölkənin sərhəd təhlükəsizliyi və milli təhlükəsizliyi xarici məhkəmənin, o cümlədən AİHM-in qərarları ilə ziddiyyət təşkil edərsə, mən həmişə ölkənin sərhəd təhlükəsizliyinə və milli təhlükəsizliyinə üstünlük verərdim”, - deyib.

İngiltərədəki anketlərdə İşçi Partiyasının böyük fərqlə öndə olması və Mühafizəkarlar Partiyasının səslərin İngiltərənin İslahat Partiyasına keçməsi ilə bağlı sualı cavablandıran Sunak deyib: "Mühafizəkarlar Partiyası və mən hər səs üçün son ana qədər mübarizə aparacağıq. Ən mühüm sorğu iyulun 4-də keçiriləcək sorğudur".

Sunak iqtidarda qalsa vergilərin azalacağını ifadə edərək, İşçi Partiyasının qalib gələcəyi təqdirdə vergilərin tarixin ən yüksək səviyyəsinə yüksələcəyini iddia edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »