Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Maşından qovulan ayı qisas almaq üçün geri dönüb
Maşından qovulan ayı qisas almaq üçün geri dönüb

Kanadada ayı avtomobilə girərək avtomobilin oturacaqlarını və ön hissəsini dağıdıb. Avtomobilin sahibi ayı intiqam məqsədilə avtomobilə zərər verdiyini iddia edib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kanadanın Ontario ştatındakı Larder Leyk bölgəsində gecə saatlarında ayı park edilmiş avtomobilə girərək orada yatıb.

Nəqliyyat vasitəsinin sahibi Kayla Ketrin Sevard və onun həyat yoldaşı ön oturacaqda yatan ayını lentə alıblar.

Sevard arvadının ayını bayıra buraxmaq üçün maşının qapısını açdığını və ayının bir müddət sonra nəqliyyat vasitəsini tərk etdiyini bildirib. Səhər saatlarında avtomobilini yoxlayan Sevard ayının oturacaqları və avtomobilin ön hissəsini qopardığını görüb.

Ayının maşının qapısını ağzı ilə açdığını, sonra içəriyə kilidləndiyini təxmin etdiklərini bildirən Sevard keçən il də avtomobilə ayı girdiyini bildirib. Bu il maşınına girən ayının eyni ayı olduğunu düşündüyünü qeyd edən Sevard, əvvəlki hadisədə də maşınına girən ayının məmurlar tərəfindən ərazidən uzaqlaşdırıldığını, ancaq ayının geri dönərək qisas aldığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »