Kreml hökmdarı Putin Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərini tamamilə tərk edəcəyi təqdirdə Rusiyanın atəşi dayandıracağını və danışıqlar aparacağını bildirib.
Bizimyol.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndələri ilə görüşdə o, bəyan edib ki, Ukrayna öz qoşunlarını bu regionların bütün ərazisindən tamamilə çıxarmalı, həmçinin Şimali Atlantika Alyansına üzvlükdən imtina etməlidir.
“Kiyev hazır olduğunu bəyan edən və qoşunların real çıxarılmasına başlayan kimi, həmçinin NATO-ya qoşulmaqdan imtina etdiyini bəyan edən kimi biz dərhal atəşkəs əmrini verəcəyik və danışıqlara başlayacağıq. Biz Ukrayna bölmələrinin və birləşmələrinin təhlükəsiz çıxarılmasına zəmanət veririk. Bizim prinsipial mövqeyimiz Ukraynanın neytral, bloklara qoşulmaması və nüvəsiz statusu, onun demilitarizasiyası və denazifikasiyasıdır”, - deyə Putin qeyd edib.
O, bildirib ki, söhbət müharibənin dondurulmasından yox, onun sona çatmasından gedir. Eyni zamanda, Kreml rəhbəri beynəlxalq müqavilələrdə Krım, Sevastopol, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin “Rusiya Federasiyasının regionları” statusunun qeyd edilməsini tələb edib.
“Sülh yolu ilə həll üçün əsas razılaşmalar, təbii ki, Rusiyaya qarşı sanksiyaların ləğvi də gözlənilir. Biz tarixin faciəli səhifəsini çevirməyə, Ukrayna və Avropa ilə münasibətləri tədricən bərpa etməyə çağırırıq”, - deyə Putin əlavə edib.
Məlum olduğu kimi, Ukrayna hakimiyyəti dəfələrlə bəyan edib ki, Ukrayna yalnız işğalçı qüvvələri öz ərazisindən tam çıxardıqdan sonra Moskva ilə danışıqlar aparacaq.
Kreml daim müharibənin müxtəlif məqsədləri oluğunu deyirlər. Putini inandırıblar ki, onlar danışıqlara hazırdırlar, lakin öz şərtləri ilə. Moskva da Ukraynanın “sülh formulu”nu rədd edir və İsveçrədə keçiriləcək “Qlobal Sülh Sammiti”ndə iştirakdan imtina edir.
Rusiya xarici işlər naziri Lavrovla müsahibələrin birində ondan Kiyev və Qərbin danışıqlar aparmaq istəyəcəyi bir vəziyyəti təsəvvür etmək istənilib. O bildirib ki, Rusiyanın “danışacağı heç kimsə yoxdur”.
Qadir, Bizimyol.info