Övladının yaxşı təhsil alması hər bir valideynin arzusudur. Bu təhsilin əsası isə məktəbdən başlanır. Azərbaycanda 14 iyun 2023-2024-cü təhsil ilinin son günü, məktəb həyatı ilə vidalaşan gənclər üçün yeni həyatın başlanğıcıdır.
Bu gün təhsil həyatının bir pilləsini daha geridə qoyub, ali təhsilə doğru qapı açan gənclər arasında Bizimyol.info xəbər portalının jurnalist əməkdaşı İradə Cəlilovanın övladı Heydərəli Əlizadə var. Bu gün təhsilini başa vurduğu orta məktəbin “Son zəng”i onun üçün səslənir. Bu zəng sadəcə bitirdiyi məktəbin ona vida zəngi deyil, gələcəyinə atacağı yeni addım üçün qazanılmağı gözləyən uğurların sevinc melodiyasıdır.
Əməkdaşımız, həmkarımız, iş yoldaşımız, dostumuz İradə Cəlilovanı bu xüsusi gün münasibətilə təbrik edir və övladı Heydərəli Əlizadəyə həyatının yeni mərhələsində uğurlar arzu edirik. İllərini jurnalistikada keçirmiş, ömrünü övladlarına həsr etmiş İradə xanıma oğullarının xoş günlərini görməyi və uğurlarına birgə sevinməyi diləyirik.
Dünyada övladları üçün yaşayan, yaşadan, yaradan anadan daha möcüzəvi qüvvə varmı... Dünyada valideyninin varlığından enerji alan, fəth etdiyi zirvələrə başı dik baxsın deyə çalışan övladdan daha güclü şəxsiyyət varmı... Dünyada valideyn-övlad birliyindən daha böyük bağ varmı ki...
Ömrünə gözəl xatirə kimi yazılacaq “Son zəng” ilə orta təhsilini səviyyəsini başa vuran bütün məzunlara gələcək seçimlərində uğurlar və ən əsası sağlamlıq diləyirik. Yolunuz açıq olsun, gənclər!
Bizimyol.info xəbər portalının kollektivi adından təbriklər...