Bakı şəhəri şəhid polkovnik Ramiz Qasımov adına 216 nömrəli məktəbdə “Son zəng” tədbiri baş tutub.
Sentyabrın 15-də başlayan tədris ili bu gün başa çatır.
Bizimyol.info AzTV-yə istinadən xəbər verir ki, tədbirdə iştirak edən Elm və Təhsil Naziri Emin Əmrullayev bütün məzunları təbrik etməklə yanaşı yeni tədris ilində gözləniləcək yeniliklərdən də danışıb.
Qeyd edək ki, şəhid Ramiz Qasımovun qızı Gülanə Qasımlı da bu məktəbdən məzun olur.
Daha ətraflı AzTV Xəbərin birbaşa bağlantısında: