Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İki uşağımın anasıdır, narahat etmək fikrim yox idi"
Keçmiş yeznəsinin bıçaqlayan şəxs özünü təqsirli bildi

Bakı Ağır Cinayətlər Məhkəməsində bacısının keçmiş ərini bıçaqlamaqda təqsirləndirilən Akif Babayevin məhkəmə prosesi keçirilib. Bizimyol.info xəbər verir ki, cinayət işinə hakim Zeynal Ağayevin sədrliyi ilə baxılır. Prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama görə, A.Babayev qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilir. Hadisə "NZS" qəsbəsində baş verib. Akif Babayev bacısı Xəyalə Babayevanın keçmiş həyat yoldaşını bıçaqlayıb. İnsidentə səbəb aralarında yaranmış mübahisə olub. Belə ki, Akif Babayev Səbuhi Əhmədovu bacısını narahat etməsini əsas gətirərək bıçaqlayıb. O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Akif Babayev özünü ittiham üzrə təqsirli bildiyini deyib. Təqsirləndirilən bildirib ki, hadisə baş verən gün bacısı işə gedərkən Səbuhi Məmmədov narahat etdiyi üçün evə qayıdıb. Bu səbəbdən də Səbuhini söhbət etmək üçün çağırıb və sözləri çəp gəldiyi üçün onu vurub.

Səbuhi Əhmədov məhkəmədə zərərçəkmiş qismində ifadəsində deyib ki, hadisə baş verən gün keçmiş həyat yoldaşı ilə görüşmək, xəstə olduğunu öyrəndiyi üçün müalicəsinə kömək etmək istədiyini deyib. "İki uşağımın anasıdır, uşaqlarımı da vaxtında görürdüm. Onu narahat etmək fikrim yox idi" - deyən S.Əhmədov keçmiş qaynına qarşı şikayət və tələbinin olmadığını söyləyib.

Proses martın 7-də davam etdiriləcək.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »