Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sərhəd bağlı olduğu üçün bölgələrə gedən vətəndaşı aşağı keyfiyyət, yüksək qiymətlə qarşılayırlar"
"Sərhəd bağlı olduğu üçün bölgələrə gedən vətəndaşı aşağı keyfiyyət, yüksək qiymətlə qarşılayırlar"

Bu günlərədə yolumuz Şimal zonasına düşmüşdü. İstədik ki, istirahət edək. İşlə dolan beynimiz azacıq rahatlasın. Amma Şimal zonasında istirahət mərkəzlərində qiymət baha, keyfiyyət aşağı. Dərdini kimə deyəcəyini də bilmirsən. Etiraz edirsən, dayanıb üzünə baxırlar…

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, dünyanın 50-dən çox ölkəsini gəzib və ölkədəki qiymətlərlə bağlı müqayisə aparıb.

Eyyub Hüseynov Eyyub Hüseynov

“Dünyanın 50-ə yaxın ölkəsində turist səfərlərində, konfranslarda olmuş bir şəxs kimi müqayisə etdikdə, Azərbaycanda qiymətlər çox yuxarı və keyfiyyət də çox aşağıdır. Ümumiyyətlə, dünyanın ən optimallaşdırılmış istehlakçıya uyğun olan turizm xidməti Türkiyədədir deyə düşünürəm. Türkiyədə turizm mərkəzlərində xidmət göstərənlər, sanki sahibkarın qəsdinə durublar. Daha çox xarici qonaqların qayğısına qalırlar, daha çox onlara hər nə istəyirlər, verirlər. Nəinki, sahibkara…

Burada görünür ki, müəyyən diqqət artıran avtomatlaşdırılmış qiymət siyasəti var. Düşünürəm ki, Azərbaycanda bu vəziyyəti dəyişmək lazımdır. Yəni insanlar Azərbaycandakı regionlarda olan turizm mərkəzlərindən get-gedə uzaqlaşacaqlar. Amma hələ ki, yüksələn xətt ilə gedir”-deyən ekspert bildirib ki, Gürcüstan yolu açılandan sonra vəziyyət xeyli dəyişəcək.

“Mən hər il ölkənin bütün zonalarının turizm mərkəzlərini istehlakçı hüquqlarını qoruyan bir şəxs kimi gedirəm monitorinq edirəm. Keçən il Şimal bölgəsi məni dəhşətə gətirdi. Şimal bölgəsində - yəni Quba, Qusar zonasında tələb təklifi o qədər üstələyir ki, orada insanlara hətta it əti də versələr yeyərlər.

Misal, Qusarın "Qayı kənd" adlanan yerdə bir neçə restoran var. Onların birində tələb təklifi o qədər üstələyir ki, insanlar növbəyə durur. Orada heç bir sanitariyadan, heç bir normadan danışmaq olmaz və qiymətlər də yüksəkdir.

Qubada "Nazlı Bulaq"nisbətən optimaldır. Və yaxud "Ay işığı" nisbətən optimaldır.

Gəncə zonasına getsək, Hacı kənd zonası dəhşət içərisindədir. Böyük antisanitariya hökm sürür. Hacı kənddə axan bir çayda biri bir yandan uşağının əskisini yuyur, biri nəbilim nə yuyur. Böyük antisanitariya mövcuddur.

Cənub bölgəsində vəziyyət nisbətən yaxşıdır. Ümumiyyətlə, Lerik-Yardımlı zonasında vəziyyət heç də pis deyil. Yəni o da mükəmməl deyil, lakin zəifdir. Buradakı, çayların ətrafı o qədər çirkləndirilib ki, adam dəhşətə gəlir. Çox təəssüf ki, bu problem də mövcuddur. Qiymətlər həddən artıq yüksəkdir.

Qusar bölgəsində xizək sürülən yerdə bir gecəsi 270 manata olan oteldə yer tapılmır. Və həmin xidmətin nə səviyyəsi var, nə də dəyəri.

Ölkədən çıxa bilməyən Azərbaycan vətəndaşları Azərbaycanda dincəlməyə üstünlük verirlər. Lakin qarşı tərəf bu təlabata cavab vermir”-deyən ekspert bildirib ki, sərhədlər açılandan sonra Azərbaycanın turizm məsələlərində ciddi problemlər yaranacaq və yaxud daha mükəmməl turizm obyektləri meydana çıxacaq ki, onlar vəziyyəti dəyişəcəklər.

Ekspertin fikrincə, xidmət səviyyəsinin aşağı olması ilə yanaşı, antisanitariya da öz yerindədir.

“Məsələn, turizm mərkəzlərinin birində - Gədəbəydə, səhər yeməyində bal istəyirəm, vermirlər. Deyirlər ki, “arı gəlir, ona görə vermirik”. Yaxşı, arıdan qorunmaq üçün bir yol tapın. “Arı gəlir” deyə bal verməməyə anlam da vermək olmur. Səhər yeməyi minimum verilir. Yarıtmaz vəziyyətdə"-deyə ekspert qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »