Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"ATƏT-in Minsk Qrupunun məqsədi münaqişəni söndürmək yox, sönməyən münaqişə yaratmaq idi"
"ATƏT-in Minsk Qrupunun məqsədi münaqişəni söndürmək yox, sönməyən münaqişə yaratmaq idi"

ATƏT-in Minsk Qrupunun həmsədrliyi bəyan edib ki, "Dağlıq Qarabağ" Azərbaycanın tərkibində muxtariyyət statusu almalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətin uzun illərdir xalqı aldatdığını bildirib. “Biz özümüzü inandırdıq və ictimaiyyəti aldatdıq ki, ATƏT-in Minsk qrupunun həmsədrliyi "Dağlıq Qarabağ"ın Azərbaycandan kənarda status alması üçün bir yoldur. Bu, blefdir. Belə bir şey olmayıb. 1998-ci ildə ekspertlər səviyyəsində problemlə tanış olan insanlar bilirdilər. ATƏT-in Minsk qrupunun həmsədrliyi elə qurulub ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı xalqı aldadırlar. Güya Qarabağ Azərbaycandan kənarda status alacaqdı”-deyə Paşinyan əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ATƏT-in Minsk Qrupunun məqsədi Azərbaycan-Ermənistan münaqişəsini dondurmaq və xalqımızı torpaqlarımızda erməni işğalı ilə razılaşdırmaqla bağlı olmuşdur. Ona görə də bu qurupun 28 ildə heç bir fəaliyyəti olmadı.

Azər Badamov Azər Badamov

"Ermənistanın baş naziri Nikol Paşinyan artıq reallığı açıq şəkildə ifadə edir. Belə ki, Minsk Qrupu həm də erməni xalqını aldatığını bildirir. Bu baxımdan Minsk Qrupu bu gün nə Azərbaycan, nə də Ermənistan üçün lazımlı bir qurum deyil. Bu qurum xalqlarımız arasındakı münaqişəni söndürməyə yox, əksinə sönməyən münaqişəyə çevirmək məqsədi daşıyıblar. Ona görə də Prezident İlham Əliyev öz çıxışında ATƏT-in Minsk Qrupunu tarixin arxivinə göndərdiyimizi və Ermənistanın da bu qurupun ləğv olunmasını bildirməli olduğunu açıqlamışdı"- deyə Azər Badamov qeyd edib.

“Paşinyanın parlament saatındakı çıxışında Minsk Qrupu ilə bağlı qeyd etdiyi məsələ Ermənistanı xəyallardan ayılıb reallıqla yaşamağına çağırış olduğunu hesab edirəm. Ermənilər uzun illər idi ki, xəyallarla yaşayırdılar. Amma Azərbaycan güclənərək erməni xalqını real həyata qaytardı. Bu baxımdan indi bölgədə sülhün yaranması zamanıdır. Bu gün dövlətlərin sərhədləri müəyyənləşməli, revanşist hərəkətlərdən uzaqlaşmalı və qonşuluq və əməkdaşlıq mühitində yaşamaq zamanıdır. Ermənistan hakimiyyəti reallığı anlamağa başlayıb. Ancaq radikallar Paşinyana mövcud reallığı həyata keçirməyinə və Ermənistanın suveren əraziləri çərçivəsində Azərbaycanla münasibətlərinin normallaşdırılmasına mane olmağına çalışır”-deyən deputat əlavə edib ki, ermənilər reallıqdan heç vaxt qaça bilməzlər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »