Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda təcili yardım maşınının yolu kəsildi: Buna kim cavab verəcək? – VİDEO
Bakının Binəqədi rayonunda yolun ortasında tikilən bina barədə məlumat vermişdik. Bu haqda hətta televiziya kanalları məsələni ictimailəşdirib. Belə ki, rayonun Rəsulzadə qəsəbəsində əvvəllər avtobus dayanacağı olan hissədə böyük bina tikilir.

Minval.info xəbər verir ki, nəqliyyat vasitələri ilə yanaşı, tibb müəssisəsinə aid təcili yardım maşınları bu yoldan istifadə edir. Bu ərazinin yaxınlığında dövlət xəstəxanası yerləşir.

Tikinti işləri səbəbindən işlək yol iflic vəziyyətə düşüb. Az öncə burada yaranan tıxacda təcili yardım maşınını qalıb. Yol təxminən 30 dəqiqəyə yaxın bağlı qalıb və bu səbəbdən təcili yardım maşını xəstəxanaya daxil ola bilməyib.

İndi bir neçə sual meydana çıxır: Əgər həmin təcili yardım maşınında xəstə varsa və ona gecikmədən müdaxilə lazım olarsa bu, necə həyata keçiriləcək? Onun başına gələcək bədbəxt hadisəyə cavabdeh kim olacaq? Bu qədər narazılıq doğuran tikinti işləri barədə nəyə görə ölçü götürülmür? Mütləqmi bədbəxt hadisə olmalıdır, ondan sonramı hansısa tədbir görüləcək?

Altından xətt çəkərək qeyd edək ki, binanın sütunu bir dəfə çöküb. Belə hal baş veribsə, oradan keçən maşınların üstünə və ya insanların başına daş parçasının düşməyəcəyindən heç kim sığortalanmayıb. Yeri gəlmişkən bildirək ki, ərazidə təhlükəsizlik tədbirləri görülməyib.

Son xəbərlər
Bütün xəbərlər »