Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kərim Natavanı hədələdi: Qaynatdığı zibilləri ortaya tökəcəyəm
Müğənni Kərim Abbasov övladına söz atan Natavana hədə-qorxu gəlib.

Oxu.Az-ın məlumatına görə, sənətçi danışarkən ad çəkməsə də, “ATV maqazin onlarla” verilişində bildirib ki, qarşı tərəf onun övladına söz atıb:

“Mənim övladıma heç kim söz atmasın. Onu nəzir-niyazla tapmışam. Yeddi pirə gedib, Allahla bir övlad tapmışam. 37 yaşım var. Kimliyindən asılı olmayaraq, mənim övladıma sataşmasın.

Böyüklük göstərib onun keçmişindən, gələcəyindən, qaynatdığı zibillərdən danışmıram. Ondan qorxduğum üçün yox... Axırda nə olacaq, məhkəmə? Olsun. Açaram, hər şeyi tökərəm.

Lazım deyil bir-birimizə söz atmaq. Mən atsam, pis olacaq. Böyüklük məndə qalsın deyib, zəng etdim. Yığdım, dedim, övladıma söz atma. Taxtabaşdır da, Allah ona ağıl versin. Yaşda məndən böyük olsa da, ağlım ondan böyükdür”.

Qeyd edək ki, Natavan Kərimin övladı ilə bağlı qalmaqallı açıqlama vermişdi. Daha sonra Səidə Sultan Kərimin barışmaq üçün Natavana zəng etdiyini açıqlamışdı.

Son xəbərlər
Bütün xəbərlər »