Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yağışa ümid edən örüş yerləri, bahalı yem, xəstəlik... Heyvandarlıq "ölüb", "ağlayan"ı yoxdur
Yağışa ümid edən örüş yerləri, bahalı yem, xəstəlik... Heyvandarlıq "ölüb", "ağlayan"ı yoxdur

Ölkənin kənd təsərrüfatında aşkar geriləmə var. Son dörd ildə xırdabuynuzlu heyvan sayı 1 milyon 180 min baş azalıb. Böhran zamanla daha da dərinləşir. Başqa istiqamətlərdə də geriləmə qeydə alınır. Bir il ərzində qoyun-keçi sayında da 154 min baş azalma olduğu məlumdur. Nəticədə ətin qiyməti sürətlə artır. Quzu ətinin kilosu 20 manatdan ucuz satılmır.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda kənd təsərrüfatında böhranın çox dərinləşməsini həm də heyvan sayının azalmasından bilmək olur. Ölkəyə eyni zamanda qoyun, keçi idxal etmək lazım gəlir. 2024-cü ilin əvvəllərində qeydə alınmış idxal qiymətləri keçənilki qiymətlə müqayisədə daha yüksəkdir.

Mütəxəssislər heyvandarlığın fiasko yaşamasında bir sıra amili fərqləndirirlər. Hər şeydən əvvəl fərdi təsərrüfatların sıradan çıxması sözünü deyir. Kəndlərdə insanlar heyvan saxlamaqla bağlı ciddi problemlərlə üzləşirlər. Böyük narahatlıq yaşanılacaq səviyyədə su qıtlığı yaranıb. Kür hövzəsindəki kəndlərdə insanlar nə özü içməyə su tapır, nə də mal-qaraya verməyə. Bəlkə də, ən birinci örüş yerlərinin satılmasını qabartmalıydıq. Məmur-oliqarx hücumu fərdi təsərrüfatlara böyük zərbə vurdu. Kəndlərdə örüş yerləri məhdudlaşıb. Pay torpaq sahələrində məhsuldarlıq da aşağı düşüb. Yem olduqca bahalaşıb. Kəndliyə heyvan saxlamaq sərf etməməyə başlayıb.

Ümumiyyətlə, heyvandarlığa münasibət dəyişməlidir. Məsələn, örüş sahələri təkcə yağıntının ümidinə qalmamalıdır. Yeri gəlsə, həmin sahələr suvarılmalıdır. Mütəxəssislər də bu məqamı xüsusi qeyd edir. Məsələyə peşəkar yanaşma olmalıdır. Otarılma növbəlilik prinsipi ilə aparılmalıdır. Yəni təbiətlə münasibətlər də tənzimlənməlidir.

Azərbaycanda heyvandarlıq problemlərini aradan qaldırmağa Gürcüstandan gətirilmiş xırdabuynuzlu heyvan idxalı müəyyən təkan verirdi. Qonşu ölkədə heyvanlar arasında xəstəlik yayılması bu idxal istiqamətinin qarşısını alıb. Daha uzaqdan, daha baha qiymətə idxal həyata keçirməli oluruq. Bu da daxili bazarda bahalaşmanı şərtləndirir. Son bir ildə ölkədə ətin qiyməti azı 4 manat artıb. Belə görünür ki, gələn il daha 20-25 faiz bahalaşmadan danışmalı olacağıq. Böhran dərinləşir, amma əncam çəkən yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »