Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ümid edir ki, “Yeddilik” Qrupu (G7) Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirin Ukraynanın hərbi ehtiyacları üçün istifadəsinə bu həftə qərar verəcək.
Bizimyol.info xəbər verir ki, o, bu barədə Berlində Ukraynanın bərpasına dair beynəlxalq konfransda bildirib.
“Biz dondurulmuş Rusiyanın aktivlərindən istifadə etməliyik. Ümid edirəm ki, ən azı bu həftə G7-nin görüşündə biz dondurulmuş aktivlərdən əldə olunan faizlərdən Ukraynaya nəhəng kredit vermək üçün istifadə etməyə razılaşa bilərik və pul noyabrda ABŞ seçkilərinə qədər köçürülməyə başlayacaq”, - deyə Kameron bildirib. G7 sammiti iyunun 13-dən 15-dək İtaliyada keçiriləcək.
Kemeron həmçinin Rusiya enerjisinin nəqlində istifadə edildiyi iddia edilən kölgə tanker donanmasına qarşı beynəlxalq əməkdaşlığa çağırıb. O, həmçinin təkrar edib ki, London lazım olduğu qədər Kiyevə maliyyə dəstəyi vermək niyyətindədir. Xarici İşlər Nazirliyinin rəhbəri Qərb ölkələrinin Ukrayna münaqişəsində əllərində yaxşı kartların olduğunu əsaslandırıb.
Mayın 20-də “Financial Times” qəzeti mənbələrə istinadən yazıb ki, ABŞ G7 ölkələrini Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlirlə təminatla kredit verməyə inandırır. Təsdiqlənsə, Kiyev 50 milyard dollar ala bilərdi, hələki Almaniya, İtaliya, Fransa və Yaponiya Amerikanın planına qarşı çıxdılar. Lakin onların münasibəti G7 sammitində belə bir planı razılaşdırmaq və görüşün yekunlarına dair birgə bəyanata Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı müddəanı daxil etmək istəyən Vaşinqtonun təzyiqi ilə dəyişməyə başlayıb.
Avropa İttifaqı, Kanada, ABŞ və Yaponiya xüsusi hərbi əməliyyata başlayandan sonra Rusiyanın təxminən 300 milyard dollarlıq aktivlərini dondurub. Bunun təqribən 5-6 milyard dolları ABŞ-da, böyük hissəsi isə Avropada, o cümlədən Belçikada 210 milyard dollar saxlanılır. Avropa Komissiyası bundan əvvəl bloklanmış Rusiya fondlarından əldə olunan gəlirlərin Kiyevə yardım göstərmək üçün istifadə edilməsi təklifini təsdiqləyib.
ABŞ Konqresi İsrail, Tayvana və Ukraynaya hərbi yardım göstərilməsi, habelə Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi, faktiki olaraq onların Kiyevə verilməsi ilə bağlı qanun layihələri paketini təsdiqləyib.
Qadir, Bizimyol.info