Prezident İlham Əliyev E.Ə.Məmmədovun rektor təyin edilməsi haqqında sərəncam imzalayıb
Bizimyol.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat verib.
Prezident İlham Əliyev sərəncamı ilə Elçin Əli oğlu Məmmədov Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi İnstitutunun rektoru təyin edilib.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.