Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş bildirib ki, humanitar yardımın yarısı Qəzzaya çatmır
Quterreş bildirib ki, humanitar yardımın yarısı Qəzzaya çatmır

Qəzza zolağına humanitar yardım missiyalarının yarısı anklavda ehtiyacı olanlara təchizatın çatmasına mane olan amillərlə üzləşir.

Bizimyol.info xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş deyib.

"Ehtiyacların dəryalar qədər çox olmasına baxmayaraq, Qəzzaya girişin qadağan edilməsi halları ehtiyacı olan insanların ən azı yarısına yardım çatdırmaq mümkün olmur. Humanitar missiyalara ağır şəraitdə olan bölgəyə yardım çardırılmasına maneələr törədilir və ya təhlükəsizlik səbəbi ilə ləğv edilir", - deyə o, İordaniyada yüksək səviyyəli beynəlxalq konfransda çıxışı zamanı deyib.

Dünya təşkilatının rəhbəri həmçinin qeyd edib ki, Rəfah keçid məntəqəsinə hücumdan sonra “Qəzza sakinlərinə onsuz da son dərəcə qeyri-kafi olan kritik humanitar yardım axını üçdə iki dəfə azalıb”.

Ölü dənizdəki Kral Hüseyn bin Talal Konqres Mərkəzində Qəzza zolağının əhalisinə humanitar yardımın göstərilməsi üzrə yüksək səviyyəli beynəlxalq konfrans keçirilir. “Fəaliyyətə çağırış: Qəzza zolağına təcili humanitar yardım” devizi altında keçirilən forum İordaniya Kralı II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisinin və BMT-nin baş katibi Antonio Quterreşin təşəbbüsü ilə təşkil olunub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »