Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Səyahət planlayarkən rəsmi qurumlarla əyani sənədləşmə olmalıdır ki, səfər "təhlükəsiz" keçsin"
"Səyahət planlayarkən rəsmi qurumlarla əyani sənədləşmə olmalıdır ki, səfər "təhlükəsiz" keçsin"

Bir neçə gün əvvəl oğlumun sinifi Tourier Travel MMC-dən Qubaya tur sifariş edildi. Bizim üçün tərbiyəsiz, yekəxana,özünü apara bilməyən, uşaqları söyən, yollarda yol hərəkət qaydalarına əməl etməyən bir sürücü göndərilmişdi. Sürücü uşaqları ölümlə belə təhdid edirdi. Deyirdi ki, “indi üzüaşağı sürəcəm, hamınız öləcəksiniz”. Turun göndərdiyi sürücü qəbul edə bilmirdi ki, qarşısında uşaqdır və bu uşaqların 15-16 yaşları var. Söyüşlər havada uçuşurdu. Və sürücü başa düşmürdü ki, bu işi həyata keçirirsə, avtobusda olan bütün problemlər onun tərəfindən həll edilməlidir. Qısacası, qarşımızda özünü-sözünü bilməyən vê tərbiyədən xəbəri olmayan bir "adam" var idi…

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, turun təşkil olunması və nəqliyyat vasitəsinin tutulması zamanı sürücüyə ödənilən pul - bütün bunların hamısı rəsmi şəkildə olmalı idi.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

“Mütləq qaydada həmin daşıma xidmətini həyata keçirən şəxs sizdən aldığı məbləğin hamısını müqavilə əsasında vergi ödəyicisi olaraq qəbul etməli idi. Çünki buna müvafiq olaraq, rübün sonunda vergisini ödəməli idi. Sürücünün bu şəkildə davranışı və hansısa ödənişin qarşılığı olaraq sizə çek təqdim etməməsi ciddi pozuntudur. Eyni zamanda sürücünün yol polisi ilə kobud davranışı və yol polisini telefon zəngi ilə "yola salması" da artıq həmin vəzifə sahibinin hadisəyə zəif reaksiyasının göstəricisidir. Hələ də hansısa şəxsin yolda qaydaları pozan insanlar üçün qoruyucu mələk roluna bürümməsi və eyni zamanda yol polisinin qaydanı pozan sürücüyə nəyisə sübut etmək qətiyyətsizliyinin göstəricisidir”-deyən hüquqşünas qeyd edib ki, sürücünün sükan arxasında qaydaları pozmasını əks etdirən hansısa bir video və yaxud fotoşəkil olduqda bu barədə həmin materiallar Daxili İşlər Nazirliyinə göndərilməli və həmin nəqliyyat vasitəsinin nömrəsi təqdim olunmalıdır.

Ramil Süleymanovun sözlərinə görə, həmin şəxsi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olmaqla, məsələn; kəmər taxmadığına görə, mobil telefon istifadə etdiyinə görə, “90-lıq” yolda 130-140 km sürət həddində sürməsiylə bağlı video çəkib, tutaq ki, sürət sayğacının göstərilməsi və yolun göstərilməsi - bütün bunların hamısını çəkib Daxili İşlər Nazirliyinə təqdim olunması mümkündür.

Hüquqşünas bildirib ki, təqdim olunmuş materiallarla bağlı inzibati məsuliyyətə cəlb olunan sürücü ilə bağlı qərarın nəticəsi də həmin vətəndaşa təqdim olunur.

“Sürücünün uşaqlar olan yerdə söyüşlə danışması artıq cəmiyyətə qarşı hörmətsizlikdir. Belə ki, bu davranış Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinə görə, xuliqanlıq əməli hesab olunur.

221-ci maddəyə görə xuliqanlıq əməli cəmiyyətə açıqca hörmətsizliyin göstəricisidir. Qaydaların kobudcasına pozulması, qəsdən pozulması, şəxslərə qarşı zorun tətbiq olunması və ya zor tətbiq olunmaqla bağlı hədələr 221-ci maddənin tövsifinə düşən əməllərdir. Belə olan təqdirdə, bu məsələ ilə bağlı əgər kollektiv bir şəkildə Daxili İşlər Nazirliyinə müraciət olunarsa, hadisənin dəyərləndirilməsi üçün effektiv ola bilər”-deyə Ramil Süleymanov vurğulayıb.

"Bundan başqa, tur xidməti elə bir xidmət sahəsidir ki, bu xidməti göstərən şəxs bütün risklərə hazır olmasını göstərməlidir. Burada avtomobilin çirklənməsi də ola bilər və s. Çünki mütləq qaydada “təmiz saxlanılmalıdır” deyə bir qayda yoxdur. Çünki xidmətin qarşılığında pul ödənilir və o pulun içində şəxsin özü tərəfindən avtomobilin təmizlənməsi həyata keçirilməlidir"-deyə hüquqşünas əlavə edib.

Ramil Süleymanov qeyd edib ki, cəmiyyətdə bu tip tərbiyəsiz və əxlaqsız, ümumiyyətlə xidmət göstərməyi bacarmayan şəxslər varsa, bununla bağlı Daxili İşlər Nazirliyinə və hüquq-mühafizə orqanlarına müraciət etmək mütləqdir.

“Sübutların polisə təqdim olunması üçün həmin şəxsin qanunsuz davranışlarını özündə əks etdirən video yazılar öncədən gizlin və ya açıq şəkildə çəkilməli idi. Bununla bağlı polisə müraciət olunmalı idi.

İstənilən halda bu tip şəxslərin cəzasız qalması və etdiyi qanunsuz əməllərdən dolayı onların barəsində şikayətlərin olunmaması, sanki onların da əlini-qolunu açır. Ona görə də, gərək zamanında bu hadisə ilə bağlı müraciət ediləydi”-deyə Ramil Süleymanov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »