Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Magistralda "sağ" qalmaq... "Böyüklər"in iş vaxtı bitəndə azyaşlı uşaqların "iş vaxtı" başlayır - Video
Magistralda "sağ" qalmaq... "Böyüklər"in iş vaxtı bitəndə azyaşlı uşaqların "iş vaxtı" başlayır - Video

Bakıda, "Şamaxinka" istiqamətində şütüyən avtomobillərin qapısından tutaraq onu saxlamağa, daha sonra da pul istəməyə cəhd edən azyaşlı uşaq gün ərzində bir neçə dəfə avtomobillərin təkərləri arasında qalıb əzilməkdən möcüzəvi şəkildə sağ qala bilir. Onun kimi onlarla azyaşlı, eynilə bu balaca qızcığaz kimi avtomobil axının ən gur yerində dilənməyə məcbur edilirlər. Valideynləri isə başqa ərazilərə "nəzarət" edir.

Görünür, uşaqpulundan vaz keçən hökumətin, elə uşaqlardan da vaz keçmək niyyəti var. Əks halda, şəhər kameralarının, radarların, yol polislərinin "cərimə pusqusu"na yatdığı bir ölkədə belə bir rüsvayçı vəziyyətə şərait yaradılmazdı.

Bu balaca qız uşağının güllə kimi vıyıldayan avtomobillər arasında onları tutub saxlamağa çalışması, hansısa maraqlar səbəbindən ola bilsin ki, gözardı edilir. Bəlkə də, uşaq "iş vaxtı" bitəndən sonra kimlərinsə "hörmət"indən də çıxır, bilmək olmaz. Amma orda bədbəxt bir hadisə baş versə, uşaqla birlikdə sürücünün də həyatı məhv olacaq. Çünki ölkədə qanun, yalnız hadisə baş verdikdən sonra müvəqqəti olaraq qüvvəyə minir, bir ay sonra düşüb öz yolunu gedir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »