Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İcbari Tibbi Sığorta sənəd istəyir, xəstəxana da analiz cavabına görə qaraciyər xəstəsini "süründürür"
İcbari Tibbi Sığorta sənəd istəyir, xəstəxana da analiz cavabına görə qaraciyər xəstəsini "süründürür"
Saatlı rayon Mərkəzi Xəstəxanasında qaraciyər sirrozundan əziyyət çəkən vətəndaşın qan analizinin cavabları verilmir.

Məsələ ilə əlaqədar Bizimyol.info xəbər portalına müraciət edən Saatlı sakini qeyd edib ki, şəkər xəstəsi olan anasının analiz cavabları yubadılır, xəstəxananın laboratoriyası günü günə satır: "Məni İcbari Tibbi Sığortadan yönləndirmişdilər ki, dərmanlarla əlaqədar sığorta qeydiyyatı üçün gərəkli sənədləri yığım. Buna görə də yaşadığım rayondakı xəstəxanadan qan analizi barədə sənəd almalı idim. Mənə dedilər ki, "1 həftə sonra gəl, götür. Bu bir həftə daha sonra 10 gün oldu, ardınca yenə dedilər ki, get, 14 gün sonra gəl, hələ cavablar çıxmayıb. Valideynim qara ciyər sirrozundən əziyyət çəkir, dərmanlarını almağa daha güc yetirə bilmirik. Ona görə də İcbari Tibbi Sığortaya müraciət etdik ki, heç olmasa, dövlət dərmanları qarşılasın. Onlar da məni sənəd, kağız arxasınca göndəriblər ki, onları yığıb, aidiyyəti üzrə təhvil verim. Xəstəxanaya gedirəm, günü günə satırlar. Hər keçən gün xəstənin vəziyyəti daha da pisləşir, biz iki aya yaxındır ki, dərman ala bilmirik. Niyə bu qədər çətinləşdirirlər, niyə belə süründürməçiliyə salırlar?" - deyə, Saatlı sakini rayon xəstəxanasının laqeydliyindən şikayətlənib.

Məlumat üçün qeyd edək ki, Saatlı rayon sakini Səriyyə Sadıqova uzun müddətdir ki, qara ciyər sirrozundən əziyyət çəkir və dərmanları almağa maddi gücü çatmır. Məsələ ilə əlaqədar İcbari Tibbi Sığortaya müraciət olunub və qurum vətəndaşı sənəd toplamağa göndərib ki, həqiqətən də vətəndaşın qara ciyər sirrozundən əziyyət çəkdiyini aydınlaşdırsın. Bu proses isə artıq iki aydan çoxdur ki, biabrçı formada, süründürməçilik, laqeydliklə aparılır. Xəstənin vəziyyəti günü gündən pisləşir, analiz cavabı verməli olan xəstəxana günü günə satır, İcbari Tibbi Sığorta da "qırx bulaqdan su istəyir". Xəstəxana ilə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz uğursuz alınıb.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »