Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Adət, yoxsa ticarət... Kinoteatrlarda film izləyərkən niyə "qarğıdalı" yeyilməsinə üstünlük verilir?
Adət, yoxsa ticarət... Kinoteatrlarda film izləyərkən niyə "qarğıdalı" yeyilməsinə üstünlük verilir?

Popkorn kinoteatrlarda ən məşhur qəlyanaltıdır. O qədər ki, "popkorn"suz həmin kresloda oturan hər kəs mütləq nəyinsə çatışmadığını hiss edəcək. Yaxşı, heç düşünmüsünüz ki, filmlərə baxarkən niyə başqa yeməklərdənsə "popkorn"a üstünlük veririk?

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, fövqəladə qoxusu ilə şöhrətini də yayan bu yemək, təbii ki, yalnız film izləyərkən deyil, digər fəaliyyətlər zamanı da istehlak edilə bilər. Bununla belə, əsasən filmlər və seriallar üçün əvəzolunmazdır.

Bəs qarğıdalı bu qədər xüsusi edən nədir?

1800-cü illərdə "popkorn"; Yarmarkalarda, sirklərdə və küçələrdə satılan məşhur qəlyanaltı idi

Amma o vaxt qarğıdalı satılmayan bir yer var idi: kinoteatrlar. Əslində 1800-cü illərdə kino deyilən bir şey yox idi. 1900-cü illərin əvvəllərində kinofilmlər getdikcə populyarlaşdıqda belə, "popkorn" hələ də kinoteatrlara girməmişdi.

Böyük ekranın ilk günlərində kinoteatrlar ənənəvi teatrın dəbdəbəsini yenidən yaratmaq üçün əllərindən gələni edirdilər. Ənənəvi teatr kimi dəbdəbəli oturacaqları, xalçaları olan bu köhnə kinoteatrlarda yemək yeməyə icazə verilmirdi.

Kino ilk yarananda savadlı, imkanlı adamları cəlb edən bir sənət idi

Səssiz filmlər hekayənin mühüm inkişaflarını və arxa planını təqdim etmək üçün mətn ekranlarına istinad edirdi. Bu o demək idi ki, bundan ancaq savadlı insanlar həzz ala bilər.

Məhz 1927-ci ildə səsli filmlərin meydana çıxması kinonu kütlələrə çatdırmağa başladı. İnsanlar da qəlyanaltılarını kinoteatra gətirmək istəyirdilər. Küçə satıcıları bu fürsəti görüb, kinoteatrların qarşısında "popkorn"larını satmağa başlayıblar.

Sonradan kinoteatr sahibləri bunu pul qazanmaq fürsəti kimi gördülər və özləri qarğıdalı satmağa başladılar.

Kinoteatrlarda qarğıdalı satmaq kinoteatr sahibləri üçün kifayət qədər asan idi

Çünki qarğıdalı partlatmasının dəyəri az idi və bunun üçün heç bir xüsusi bacarıq lazım deyildi. Bundan əlavə, "popkorn"un sıx və iştahaaçan qoxusu müştəriləri cəlb etmək üçün yaxşı fürsət idi.

Tamaşaçılar üçün "popkorn" yemək də ideal idi. Əllərlə yemək mümkün idi və filmlərə baxmağa mane olmurdu. Bütün bu səbəblərə görə kinoteatrlarda qarğıdalı yemək artıq ənənə halını alıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »