Portağal qabıqları üzərində aparılan yeni araşdırma, adətən atdığımız bu məhsulun nə qədər faydalı olduğunu ortaya çıxarıb. Araşdırmaya görə, qabıq istehlakı ürək xəstəliyi riskini azaldır.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, acı dadı ilə tanıdığımız portağal qabıqlarının bədənimizə bir çox faydası olduğu bilinirdi.
Yeni bir araşdırma portağal qabığının ürəyə təəccüblü müsbət təsir göstərə biləcəyini ortaya çıxarıb. Əslində ürəyə təsiri bilinirdi, lakin hazırkı araşdırmada onun tərkibində yeni bir şey olduğu aşkar edilib.
ABŞ-ın Florida Universitetinin alimləri müşahidə ediblər ki, portağal qabıqlarının tərkibində feruloylputrescine (FP) adlı yeni və bioaktiv komponent var ki, bu da yeyildikdə ürəyə ciddi fayda verə bilər. Nəticələr "Journal of Agricultural and Food Chemistry" jurnalında dərc olunub.
Tədqiqatçıları həyəcanlandıran təcrübələrdə siçanlar altı həftə ərzində FP ilə zəngin qidalandırıcı portağal qabığı ekstraktı ilə qidalanıb. Nəticələrdə onlar iltihab və ürək-damar xəstəlikləri ilə əlaqəli qan biomarkerlərində azalma müşahidə ediblər. Bu dövrdə çox yağlı qidalar qəbul etdikdə belə təsirlərin davam etdiyi müşahidə edilib.
FP adətən qreypfrut yarpaqlarında və şirəsində olan bir metabolitdir. Bəzi portağallarda görülür, lakin limon və ya naringi kimi məhsullarda nadir hallarda görülür. Antioksidant və antiinflamatuar təsirinə görə son illərdə mütəxəssislərin böyük marağına səbəb olub. Amma indiyə qədər bu haqda çox məlumat olmayıb.
Mövcud tədqiqatlar FP-nin əvvəllər bilinməyən təsirə malik olduğunu və ürək-damar xəstəlikləri riskini azaldır. Bilirik ki, portağalların şirəsi və pulpası çox məşhurdur. Bununla belə, qabıq ümumiyyətlə atılır. Bu araşdırma tullantılara getmək əvəzinə istehlak edilməli olduğunu və insan sağlamlığına çox müsbət təsir göstərə biləcəyini bir daha ortaya qoyur.
Təbii ki, bu araşdırma hələlik yalnız siçanlar üzərində aparılan təcrübələrə əsaslanır. Bunun insanlar üçün keçərli olub-olmayacağı bəlli deyil, lakin elm adamları ümidlidirlər. Yeni araşdırmalar da bu məsələyə işıq salacaq.
Qadir, Bizimyol.info