Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanı "keçdik"... Əksər ölkələrdə qadınlar Azərbaycanla müqayisədə daha tez pensiyaya çıxır
Ermənistanı "keçdik"... Əksər ölkələrdə qadınlar Azərbaycanla müqayisədə daha tez pensiyaya çıxır

Azərbaycanda qadınların pensiya yaşı artırılır. İyulun 1-dən hər ay bu müavinət istiqamətinə hüquq əldə etmək üçün zərif cinsin nümayəndəsi 64 yaşında olmalıdır. Beləcə, 7 ildir davam edən pensiya yaş artırma siyasəti bu mənzərəni yaradıb. Qarşıdakı iki ildə qadınların pensiya yaşı 65-ə çatdırılacaq.

Bizimyol.info xəbər verir ki, 2017-ci ildə Azərbaycanda kişilər 63, qadınlar 60 yaşında təqaüdə çıxırdı. Qanunvericilikdə dəyişiklik tezliklə kişiləri 65 həddinə çatdırdı. Qadınların həmin həddə çatdırılması daha iki il sürəcək.

“Trading Economics” dünyada qadınların pensiya yaşının dəqiq cədvəlini hazırlayıb. Burada görünür ki, Azərbaycanla müqayisədə cəmi 27 ölkədə daha yüksək göstərici qeydə alınıb. Meksika və Honkonqu saymasaq, bunlar ənənəvi Qərb dövlətləri sayılır. Elə dövlətlər ki, orada qadınların orta ömür müddəti xeyli yüksəkdir.

Aşağıda cədvəlin bir hissəsini yerləşdirmişik. Burada əsasən qadınların pensiya yaşı Azərbaycandakı qədər və daha az olan ölkələr yer alıb. Say yetərincə çoxdur. Üstəlik, cədvəldə pensiya qaydaları qarışıq, amma daha tez təqaüdə çıxmaq imkanı verən dövlətlərin adı yer almayıb.

Yaponiyada, Maltada və İsveçrədə də qadınlar 64 yaşında pensiyaya çıxır. Azərbaycanda qadınların orta hesabla 12, kişilərin 6 il pensiya aldığı məlumdur. Məsələn, Yaponiyada qadınlar orta hesabla 23 il 7 ay, İsveçrədə 21 il 11 ay pensiya alırlar. Avstraliya, Danimarka, Yunanıstan, İslandiya, İtaliya və Niderlandda qadınlara hamıdan gec – 67 yaşında təqaüdə çıxmaq imkanı verilir. Amma baxın görək o ölkələrdə zərif cinsin nümayəndələri neçə il pensiya alırlar? Orta hesabla Avstraliyada 18 il 5 ay, İtaliyada 18 il 1 ay, İslandiyada 17 il 6 ay, Danimarkada 16 il 4 ay, Niderlandda 16 il 1 ay, Yunanıstanda 16 il belə fürsətləri olur.

Bizim kimi ölkələrdə qadını 64 yaşında pensiyaya çıxarmaq çox amansız davranışdır. Üstəlik, həddin 65-ə çatdırılmasına doğru gedirik.

Ölkədə sosial şərtlər çox pisdir. İnsanlar uzun yaşamır. Onların pensiya almaq imkanları geniş deyil.

Qonşu dövlətlərin hamısında qadınlar daha tez pensiyaya çıxırlar. Gürcüstanda qadınlar bizimlı müqayisədə daha çox yaşayırlar. Beləcə, 19 ilə yaxın pensiya ala bilirlər. İranda bu müddət 22, Türkiyədə 21 ilə çatır.

Qadınlara belə münasibəti dayandırmaq lazımdır. Onlar ən pis halda 60 yaşında pensiyaya çıxmalıdır. Müqayisələr də belə deməyə əsas verir. Bu qədər sərvəti olan ölkədə qadınla belə rəftar etməzlər.

Dünyanın əksər ölkələrində heç kişiləri belə gec pensiyaya çıxarmırlar.

  • Yaponiya 64
  • Malta 64
  • İsveçrə 64
  • Serbiya 63 yaş 8 ay
  • Xorvatiya 63 yaş 6 ay
  • Ermənistan 63
  • İsrail 63
  • Sinqapur 63
  • Slovakiya 63
  • Fransa 62 yaş 6 ay
  • Bolqarıstan 62 yaş 2 ay
  • Braziliya 62
  • Norveç 62
  • Rumıniya 62
  • Albaniya 61 yaş 8 ay
  • Qazaxıstan 61
  • Moldova 61
  • Avstriya 60 yaş 6 ay
  • Əlcəzair 60
  • Çili 60
  • Gürcüstan 60
  • Hindistan 60
  • Malayziya 60
  • Mikroneziya 60
  • Polşa 60
  • Səudiyyə Ərəb. 60
  • Sloveniya 60
  • Cənubi Afrika 60
  • Ukrayna 60
  • Banqladeş 59
  • Belarus 58
  • İndoneziya 58
  • Rusiya 58
  • Tacikistan 58
  • Türkiyə 58
  • Türkmənistan 57
  • Vyetnam 56 yaş 4 ay
  • Çin 55
  • Monqolustan 55
  • Özbəkistan 55
  • İran 55

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »