Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ"ın 24 yaşlı yarımmüdafiəçisi Türkiyə və Rusiya klublarının diqqətini çəkib
"Qarabağ"ın 24 yaşlı yarımmüdafiəçisi Türkiyə və Rusiya klublarının diqqətini çəkib

Covanni van Bronkxorstla baş məşqçi problemini həll edən "Beşiktaş" ilk transfer cəhdini edib.

Bizimyol.info xəbər verir ki, Portuqaliyanın “A Bola” qəzetində yer alan xəbərə görə, “ağ-qaralar” “Qarabağ” komandasında çıxış edən Leandro Andrade üçün cəhdlər etməyə başlayıb. Portuqal əsilli yarımmüdafiəçinin meneceri ilə danışıqlarda irəliləyiş əldə edən "Beşiktaş" Azərbaycan klubu ilə də danışıqlara başlayıb.

Xəbərdə ağ-qara klubun Andrade üçün şərtləri irəli sürəcəyi, Portuqaliya əsilli futbolçunun da 4 milyon avroluq sərbəst qalma haqqını qarşılaya biləcəyi bildirilib.

Ötən mövsüm çempionluq qazanan Azərbaycan yığmasının heyətində 11 qol vuran Leandro Andradenin "Qarabağ"la 2027-ci ilin iyununa qədər müqaviləsi var. 24 yaşlı yarımmüdafiəçi CIES tərəfindən Azərbaycan Liqasında mövsümün ən təsirli oyunçusu seçildikdən sonra Türkiyə və Rusiya klublarının diqqətini çəkib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »