Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan Ağrı dağını gerbindən çıxarmadıqca, Azərbaycan və Türkiyədən müsbət addım gözləməsin"
"Ermənistan Ağrı dağını gerbindən çıxarmadıqca, Azərbaycan və Türkiyədən müsbət addım gözləməsin"

Ötən gün Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan deyib ki, Ermənistan və Azərbaycan bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərarı üçün maneələr görürlər, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinə daxil deyil. Ararat Mirzoyan qeyd edib ki, Ermənistanın və ya Azərbaycanın Konstitusiyasına düzəlişlər Ermənistan-Azərbaycan danışıqlarının gündəliyinin tərkib hissəsi deyil. Ermənistanın Xarici İşlər Naziri deyib ki, 2018-ci ildən Ermənistan hakimiyyəti konstitusiyaya dəyişikliklərin edilməsi barədə danışır. Ararat Mirzoyan konstitusiyadakı əngəllər məsələsində absurd mövqe sərgiləmiş olub. Ermənistan konstitusiyasında sülhə əngəl ola bilən müddəalar var. Xarici İşlər Naziri Ceyhun Bayramov da açıqlamasında bildirib ki, Ermənistan konstitusiyasında, Ermənistan parlamenti tərəfindən qəbul edilən qanunvericilik aktlarında və digər qanunvericilik sənədlərində qonşu dövlətlərə, o cümlədən Azərbaycana qarşı ərazi iddiaları mövcuddur.

“Ağ Partiya” sədr müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mövzu haqqında artıq məsələ qaldırılıb.

Əhəd Məmmədli Əhəd Məmmədli

“İllərdir ki, Ermənistan gerbində başqa ölkənin ərazisində yerləşən dağ təsvir olunur. Bu nə deməkdir? Bu ölkəni BMT qəbul edib və indiyə qədər Türkiyə də, Azərbaycan da bunu sakit qarşılayıblar.İndi siz təsəvvür edin ki, Azərbaycan gerbində Dərbənd qalası təsvir olunur, ya da ki, Təbrizin görüntüsü təsvir olunur. Bu, necə qarşılana bilər? Fikir verin, Rusiyanın, İranın bizə qarşı mövqeyinə. Siz təsəvvür edə bilirsiniz? Onlar artıq rahat şəkildə Türkiyənin ərazisində yerləşən Ağrı dağını öz gerblərində görüntüləyiblər. Yəni bu, birbaşa ərazi iddiasıdır. Bunun başqa adı yoxdur”-deyə Əhəd Məmmədli bildirib.

Ermənistanın qarşısında bu məsələ qaldırılanda ermənilər nə deyirlər ?

“Adi bir şəkildir deyirlər. Yəni onlar özlərini həyasızcasına “artistliyə” qoyublar. Milli xüsusiyyətlərinə və xarakterlərinə uyğun olaraq, davranırlar. Bu, ciddi bir məsələdir, o “Ağrı dağı” götürülməlidir. Ermənistanın Azərbaycan tərəfi ilə, sülh müqaviləsi ancaq o halda imzalana və Türkiyə ilə diplomatik münasibətlər qurula bilər ki, Ermənistan istər Azərbaycana, istər Türkiyəyə qarşı bütün konkret ərazi iddialarını aradan qaldırsın”-deyən politoloq vurğulayıb ki, bu dəyişiklik demarkasiya və delimitasiya, eləcə də Zəngəzur dəhlizi qədər Azərbaycan üçün önəmli məsələdir.

Politoloqun fikrincə, biz də“şəkildir” deyib üstündən keçməməliyik.

“Bu, qətiyyən olmamalıdır. Biz Ağrı Dağını onların gerbindən götürtməliyik. Güman edirəm ki, Azərbaycanın xarici siyasəti, o cümlədən Türkiyənin xarici siyasəti bu mövzu üzərində israrla duracaq. Çünki Azərbaycan bu məsələləri qaldırır. Amma Türkiyə də bu məsələyə çox ciddi yanaşmalıdır. Çünki Ağrı dağı Türkiyə ərazisində yerləşir. Bu, bilavasitə Türkiyənin ərazi bütövlüyünə iddiadır. Konstitusiya dəyişdiriləcək. Təbii ki, əsas məsələ bizim üçün gerbdir və o gerb dəyişdirilməlidir”-deyə Əhəd Məmmədli əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »