Yeni bir araşdırma smartfonların cəmi 1 dəqiqəyə enerji ilə doldurulmasına yol açır.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, indiki vaxtda biz tez-tez görürük ki, bir çox smartfonların reklamlarında batareyanın ömrü və sürətli enerji doldurma qabiliyyəti ön plana çəkilir.
Smartfonlarımızı cəmi 60 saniyəyə doldura bilsək nə olardı?
Onda belə böyük batareyalara ehtiyacımız olmayacaq və telefonlarımıza daha çox texnologiya daxil ola bilər.
Yeni dərc edilmiş məqaləyə görə, yeni kəşf edilmiş texnologiya sayəsində smartfonlarımızı tam doldurmaq hətta bir dəqiqə çəkə bilər. Bu yeni texnologiya ionların superkondensatorlar üzərində hərəkətinə əsaslanır. İonların istifadəsi, müsbət yüklü atom və superkondensatorların yüksək cərəyan enerji saxlama qabiliyyəti bu son dərəcə sürətli enerji doldurulmasını mümkün edir.
Tezliklə laboratoriya tədqiqatlarına başlanacağı gözlənilir
Tədqiqatçılardan Ankur Gupta, araşdırmada istifadə edilən axın analizi üsullarından bəzilərinin neft və su filtrasiya sistemlərində istifadə edilən üsullar olduğunu ifadə edib. "Planetin gələcəyində enerjinin kritik rolunu nəzərə alaraq, kimya mühəndisliyi dərəcəmi cihazlarda enerjinin saxlanmasının araşdırılması üçün istifadə etmək istədim", - deyə tədqiqatçı bu yenilikçi texnologiyanın əsasını qoyub.
Yeni tədqiqat ionların hərəkətini əvvəllər araşdırılmayan perspektivdən qiymətləndirməyə imkan verir. Görünür, atomlar Kirchhoff qanunu deyilən nəzəriyyəyə görə davranmırlar. Yeni üsulla elektrik enerjisinin doldurulması ən azı nəzəri cəhətdən çox daha sürətli həyata keçirilə bilər. Tədqiqatın laboratoriya təcrübələrinə yaxın vaxtlarda başlanacağı gözlənilir.
Qadir, Bizimyol.info