Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şərlə qalib gələn, məğlubdur!
Şərlə qalib gələn, məğlubdur!

"Şərlə qalib gələn, məğlubdur" - Xanım Zeynəb (Allahın Ona salamı olsun)

İbrahim xəlilullahdan Musa kəlimullaha, Davud xəlifətullahdan İsa ruhullaha və ondan Muhəmməd həbibullaha (Allahın salamı Onların üzərinə olsun) ondan da günümüzədək tarixdə şərlə qalib gələnlərin ibrətlik sonunu çılpaq gözləri ilə görən, eşidən, bilən və özləri də çox vaxt zülmə məruz qalan, amma bundan heç bir zaman öyüd-nəsihət götürməyən ən uzun ömürlü millət Yaqub aleyhissalamın 12 oğlundan törəyən yəhudilər - israiloğulları olub.

O israiloğulları ki, firon və ordusu onların oğul övladlarını qəddarca öldürür, qadınlarını öz məqsədləri üçün sağ buraxır, bütöv bir qövmə Misiri "açıq zindan" qərar verirdi. Zülmün ərşə dirəndiyi bir vaxtda aləmlərin rəbbi olan Allah bəni-israildən fironun ibrətlik sonunu gətirəcək körpəni - Musanı Onun elə öz sarayında səbr və təmkinlə yetişdirir.

Vaxt gəlib, vədə yetişdiyində, Musa fironun sarayında Onu və sehrbazlarını Allahın açıq-aydın möcüzələri ilə biabr etdikdən sonra firon, özündən əvvəlki zalimlərin etdiyi kimi, şərlə qalib gəlmə yolunu seçir. Nəticədə, intiqam sahibi olan Allah yer üzündə ən böyük səltənətə sahib bu azğın idarəçinin və onun ordusunun işini Qırmızı dənizin ağuşunda saniyələr içində bitirir. Cəsədini də özündən sonra gələn idarəçi və xalqlara ibrət olsun deyə, minillər boyu saxlayır. Qurani-Kərimin Yunus surəsinin 92-ci ayəsində bu hadisə belə nəql olunur: "Bu gün səni bədəninlə qurtaracaq və vücudunu çürüməmiş dənizdən çıxaracağıq ki, səndən sonra gələnlər üçün bir ibrət olsun! Doğrusu, insanların çoxu ayələrimizə, ibrət qaynağı olan dəlillərimizə qarşı biganədirlər".

Ən çox peyğəmbərin özlərinə göndərildiyi bu asi insanların həm də digər bir özəlliyi, həmin peyğəmbərlərlə inadlaşmaları, onları alçaltmaları və hətta öldürmələri idi ki, bu davranışlarına görə üzərlərinə əzab üzərinə əzab göndərilirdi. İslah olmağa, zülmdən uzaq durmağa qətiyyən meyilli olmayan bu qövmə nəhayət, 20-ci əsrin ortalarında Hitler kimi bir bəla göndərildi ki, bu adamın əsgərləri onları evlərindən çıxarıb, öldürür, yandırır, qaz otaqlarında boğur, nəsillərini yer üzündən silirdilər. Bu əzabdan sonra Allah yenə öz sonsuz mərhəmətinə sadiq qalaraq, onlara İordan çayının sahillərinə yerləşməyi və orada bir dövlət kimi formalaşmağı nəsib etdi. Beləliklə, onlar yenə Muhəmmədin ümmətinə qonşu oldular. Özlərinə qarşı qonşuluq hüququnu gözləyən İslam ümmətinə qarşı içlərində baş qaldıran və bir zamanlar iblisi də yolundan çıxarmış o üstünlük, ənaniyyət və təkəbbür hissi onları yenidən zülm yolunu tutmağa vadar etdi. Onillərdir ki, qonşuluq haqlarını pozan və ordusu ilə Ümməti-Muhəmmədə, siyasətləri ilə bütün insanlığa ən böyük zərbəni vuran, təfəkkür və niyyəti fitnə ilə başlayıb, fəsadla bitən bu qövmün əlisilahsız qaçqın düşərgələrini, çadırlarını bombardman etmələri, Allahın və insanların qəzəbini daha da özlərinə yaxınlaşdırmış oldu. Hansı ki, bu qəzəbin ayaq səsləri artıq eşidilir.

Babamız Adəm əleyhissalamdan günümüzə Allahın heç vaxt dəyişməyən və hər dəfə təkrarlanan bir cəza üslubu var: kim ki, nə ilə qürrələnir, onunla azğınlaşıb, həddi aşırsa, fəlakəti, həlakı da məhz onunla olur. Necə ki, firon  hökm etdiyi geniş torpaqlarda Nil çayının daşqınlığı, Qırmızı dənizdə nemətlərin çoxluğu ilə qürrələnirdi. Allah da Onu qürrələnib, azğınlıq etdiyi o nemətin içində - suda boğdu.

Yeri gəlmişkən, İsrail hökuməti də öz müasir innovasiya sistemləri, süni intellektlə idarə olunan ordusu ilə fəxr edir, qürrələnir. Hətta bu texnologiyanın ilk sınağını da məhz fələstinli müsəlman əhali üzərində həyata keçirir. Görünür, düşərgələrdəki əliyalın insanların yaşadığı çadırların bombardman edilməsi də süni intellekt tərəfindən qəbul edilmiş hərbi tapşırıq olub. Əks halda bu, normal insan ağlının, insan fitrətinin qəbul edəcəyi bir əməl deyil.

Əliyalın insanları süni intellektin insafına buraxmaq, şərlə qalib gəlməkdir. Bu isə qalibiyyət yox, sonun başlanğıcıdır. Hər "firon" üçün bir "Musa" mütləq yetişir. Görək, İordan çayı sahilinə bu dəfə kimin cəsədi gələcək...

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »