Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizim millətdə inad və mücadələ var, yetər ki, biz bu enerjini öz gələcəyimizə yönləndirə bilək"
"Bizim millətdə inad və mücadələ var, yetər ki, biz bu enerjini öz gələcəyimizə yönləndirə bilək"

Azərbaycan Beynəlxalq Maarif Məktəbləri və Türkiyə Maarif Vəqfinin təşkilatçılığı ilə dünyaca məşhur türk alim və nobel mükafatçısı Aziz Sancarın və şagird-müəllim heyətinin qatıldığı tədbir keçirilib.

Türkiyə Maariflər Məktəbinin Azərbaycan nümayəndəsi Sərdar Gündoğan qeyd edib ki, "bu gün olduqca müstəsna anlar yaşanılır. Yeni Aziz Sancarlar yetişdirməkçün bütün gücümüzlə çalışırıq".

Birol Akgün: "Biz öz övladlarımıza belə gözəl bir tədbir təşkil etdiyimiz üçün qürur duyuruq. Bizim millətdə inad, mücadələ var, yetər ki, biz bu enerjini öz gələcəyimizə yönləndirə bilək"

Aziz Sancar: "Uzun açıqlamalar verməyə alışqan deyiləm, amma onu deməliyəm ki, hər zaman türk dünyasının ən yaxşılara çatmasını istəmişəm və bu, olmadıqda, mən özümü xoşbəxt hiss edə bilmirəm. Türk dünyası ilə Çini 1970-ci illərdə qarşılaşdırdım. O zamanlar bu iki dövlət elmdə bir səviyyədə olsa da, Avropa və ABŞ-da geri qalırdılar. 2015-ci ildə Nobel alanda, mənə deyildi ki, siz elmdə nobel alan ilk türksünüz. Yanımda oturan çinli xanım da nobel alan ilk çinli insan idi. Türk dünyası ilə Çinin təbii qaynaqlar təqribən eynidir.

1980-ci illərdən başlayaraq, türk və çin alimləri olduqca böyük müvəffəqiyyətlər əldə edə biliblər. Çin 1999-cu ildə bu sahədə heç bir şey deyilkən, 2009-cu ildə, yəni cəmi iyirmi ilə dünyada ikinci yeri tutdu. Dünyaca məşhur "Science" elm jurnalında bu yöndə doqquz məqalə var. Onları yazanların yeddisi çinlidir. İki nəfər anqlo-sakson var. Çin elmi sahədə artıq dünyaya sahib oldu. Bəs çin nə edib ki, indi birinci yerdədir? Bunu öyrənməliyik. Əgər biri məndən daha yaxşıdırsa, ona qalib gəlmək istəyərəm. Biz millət olaraq da beləyik. Biz bunu türk dünyası olaraq edə bilərik. Çünki türk dünyası coğrafiya və təbii qaynaqlar baxımından çinli eynidir. Ancaq bizim əhalimiz çinli əhalidən daha gəncdir, demək ki, bu sahədə potensialımız daha çoxdur. Planlarımızı bu reallıqlara görə etməli, övladlarımızı bu yöndə tərbiyə etməliyik. Mənim həyatımda olmasa belə, burdakı gənc yoldaşların gələcəkdə Çini də keçəcək elm adamları yetişdirəcəklərinə əminəm" .

Uşaqların suallarını cavablayan alim qeyd edib ki, təbiət və riyazi elmlər sahəsində daha çox çalışmaq, idmanla məşğul olmaq lazımdır. Alim futbol oynamağı xüsusi qeyd edib.

"Allaha güvəniniz varsa, əvvəl-axır qalib gələcək, hədəfinizə çatacaqsınız" - deyə, Aziz Sancar uşaqlara bildirib.

"Nobel almadan öncə çox narahat idim. Bilirdim ki, mən bütün türk dünyasını təmsil edirdim. Orda bu yöndə gözəl bir dərs vermək gərəkdiyini düşünürdüm və buna aylarla hazırlandım. Sinəmdə türk bayrağı, Osmanlı embləmləri var idi. İstəyirdim ki, insanlar haradan gəldiyimi, kimləri təmsil etdiyini bilsinlər" - deyə, Aziz Sancar əlavə edib.

Tədbirin sonunda alimə Maarif Məktəbləri adından hədiyyə təqdim edilib. Sual verən uşaqlara Aziz Sancarın imzalı kitabları hədiyyə edilib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »