Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Kipr Türk Cümhuriyyətinin simvolu - "xəyallar şəhəri" Qapalı Maraşa ziyarətçi axını başlayıb
Şimali Kipr Türk Cümhuriyyətinin simvolu - "xəyallar şəhəri" Qapalı Maraşa ziyarətçi axını başlayıb

Şimali Kipr Türk Cümhuriyyətinin Qapalı Maraşına maraq günü-gündən artır.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bir vaxtlar məşhur turizm mərkəzi olan Maraş, 8 oktyabr 2020-ci ildə tədricən açılmağa başlayıb. Açılışından indiyədək rayona 1 milyon 821 min yerli və xarici vətəndaş səfər edib. Maraş dünyanın hər yerindən gələn ziyarətçiləri qəbul etməyə davam edir.

Bir zamanlar qızılı çimərlikləri və mavi dənizi ilə Hollivud ulduzlarının vazkeçilməz ünvanlarından biri olan "Qapalı Maraş", digər adıyla "Ghost City" müasir memarlığı ilə dünyanın ən dəbdəbəli turizm mərkəzlərindən biridir.

46 il xəyallar şəhəri idi

Bölgə 1974-cü ildə Kipr Sülh Əməliyyatı zamanı Türkiyə Silahlı Qüvvələri tərəfindən azad edilib. Həmin il Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qərarı ilə köçürülmə və məskunlaşma üçün bağlanıb. Bölgə adanı ikiyə bölən yaşıl xətt üzərindədir və bufer zonadır. Buna görə də 46 il qapalı qalıb.

Maraşa ziyarətçi axını başlayıb

Adı Maraş ikən Qapalı Maraş oldu. Onun taleyi 8 oktyabr 2020-ci ildə dəyişdi və tədricən yenidən açıldı.

Zamanla Qapalı Maraşın siması xeyli dəyişib. Ziyarətçilərin istifadəsinə verilən hissədə yollar yenilənib. Sahildə velosiped yolları salınıb, çimərliklər açılıb. Maraş yenidən Kiprdə diqqət mərkəzinə çevrilib.

Qapalı Maraşda investisiyalar davam edir

Bölgəyə investisiyalar gəlməyə davam edir. 2021-ci ildə məşhur turizm mərkəzində ictimai bağ istifadəyə verilib. 200 illik tarixi ilə zamana meydan oxuyan Bilal Ağa məscidi bərpa edilərək ibadət üçün açılıb. İllər sonra azan bölgədə əks-səda verdi.

Maraş açıldığı gündən bu yana 1 milyon 821 min ziyarətçi qəbul edib. Şimali Kipr Türk Cümhuriyyətinin rəhbərliyi Maraşın açılışı ilə bağlı işlərini davam etdirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »