Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Joze Mourinyo: "Fənərbaxça"ya getmək istəyirəm
Joze Mourinyo: "Fənərbaxça"ya getmək istəyirəm

Fənərbaxçanın prinsipial razılığa gəldiyini İctimaiyyəti Məlumatlandırma Platformasına (KAP) bildirən Joze Mourinyo Çempionlar Liqasının finalı öncəsi sarı-göylü komandanı həyəcanlandıran açıqlama verib.

Bizimyol.info xəbər verir ki, Borussia Dortmund və Real Madrid arasında Çempionlar Liqasının finalı öncəsi "Sky Sports"a danışan portuqaliyalı çalışdırıcı Fənərbaxça ilə bağlı sualı belə cavablandırıb:

“Getmək istədiyimə qərar verdim, amma hələ heç nə alınmayıb. Hələlik bunu dəqiq təsdiqləyə bilmərəm, amma ora getmək istəyirəm", - deyə qeyd edib.

Sarı-göylərin Çempionlar Liqasındakı durumu haqda danışan portuqaliyalı çalışdırıcı bunları deyib:

“Çempionlar Liqasına düşmək çətindir... “Fənərbaxça” 3 təsnifat oyunu keçirməlidir. Avropa çempionatına 8 futbolçu getdi, onlar mövsümöncəsi düşərgədə olmayacaqlar. Onlar ilk seçmə oyunlarından əvvəl orada olmayacaqlar, ona görə də bir az çətindir. Amma razı olsam... Bilirsiniz ki, mən rəqabəti sevirəm. Razılığa gəlsək, Çempionlar Liqasında olmaq üçün çox çalışacağam”, - deyə bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »