Səlcuq Bayraktar, "Bayraktar TB2" adlı silahlı pilotsuz uçuş aparatının PUA sahəsində yeni çığır açdığını açıqladı. PUA öz oxu ətrafında fırlanan manevrini uğurla yerinə yetirib.
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, dünyanın qabaqcıl müdafiə texnologiyası şirkətlərindən biri olan "Baykar", özünü qabaqcıl pilotsuz uçuş aparatları ilə təqdim edib. İndiyə qədər 800 min saatdan çox uçuş etdiyi bildirilən "Bayraktar TB2" SİHA onlardan biri idi.
İndi "Bayraktar TB2" ilə bağlı əhəmiyyətli bir nailiyyət əldə edib. "Baykar Technology"nin İdarə Heyətinin sədri və texniki direktoru Səlcuq Bayraktar, aparatın aviasiyada yeni bir çığır açdığını açıqlayıb.
Yazıya görə, "Bayraktar TB2" avtonom manevr hərəkərləri etməyi bacarıb. Selçuk Bayraktarın paylaşdığı videodan da göründüyü kimi, bu, onun öz ətrafında fırlandığı, ictimaiyyət arasında "salto" da adlandırılan bir hərəkətdir. Biz bunun tez-tez döyüş təyyarələrində həyata keçirildiyini gördük.
Açıqlamalara görə, "Bayraktar TB2" dünyada bu hərəkəti avtonom şəkildə yerinə yetirən ilk silahlı pilotsuz uçuş aparatı (PUA) olmağı bacarıb. Videodan onun çevrilmə hərəkətini ardıcıl 3 dəfə uğurla yerinə yetirdiyi görünür.
"Bayraktar TB2" ilk dəfə 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olub. Bu illər ərzində dəfələrlə uçuş edən PUA bir çox fərqli əməliyyatda iştirak edib. Hazırda Türkiyə Silahlı Qüvvələri ilə yanaşı, Təhlükəsizlik Baş İdarəsi, MİT və Jandarma Baş Komandanlığı tərəfindən də istifadə olunur. Eyni zamanda Ukrayna kimi xarici ölkələrdə də istifadə edilir.
Qadir, Bizimyol.info
...#BayraktarTB2 ✈️ ?
✈️ First UCAV in Aviation History to Perform Barrel Roll#MilliTeknolojiHamlesi ??? pic.twitter.com/E0w1iUqrdk
— Selçuk Bayraktar (@Selcuk) May 31, 2024