Çoxumuz uşaqlıqda yaşadığımız çətinliklərin təsirini dərindən hiss edirik. Bu çətinliklərin beyin funksiyalarımıza da təsir etdiyini desək necə olar?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, 2024-cü ildə nəşr olunan "Erkən həyat çətinliklərinin ölçüləri və onların beyinin funksional təşkili ilə əlaqəsi" (Dimensions of early life adversity and their associations with functional brain organisation) adlı araşdırma mühüm nəticələr ortaya qoyub.
Erkən yaşda qarşılaşılan çətinliklərin beyin funksiyaları ilə necə əlaqəli olduğunu müəyyən etməyi hədəfləyən araşdırma, uşaqlıq dönəmində yaşanan müxtəlif çətinliklərin beynimizi necə formalaşdırdığını ortaya çıxarmağa yönəlib.
Tədqiqat nəticələrinə keçməzdən əvvəl metodologiyaya nəzər salaq
Uşaqlar üzərində aparılan bu tədqiqat 5798 uşaq üzərində aparılır. Tədqiqatda iştirak edən 5798 uşaq iştirakçının 51,43 faizi qız, 48,57 faizi oğlan, orta yaş həddi isə 7,5 olub.
Yaşanan çətinliklər (fiziki zorakılıq, cinsi zorakılıq, məişət zorakılığı, cəmiyyət zorakılığı, valideyn laqeydliyi, maddi məhrumiyyətlər, travmatik hadisələr) üzərində aparılan sorğuya əlavə olaraq funksional MRT görüntüləmə aparılır.
Daha sonra bu çətinliklərin beyin funksiyalarına təsirini müəyyən etmək üçün əldə edilən məlumatlar təhlil edilir.
İndi tapıntıları araşdırmağa başlayaq. Beynin müxtəlif hissələri, xüsusən də duyğulara cavabdeh olan hissə təsirlənir!
Fiziki zorakılıq, cinsi istismar, məişət zorakılığı, cəmiyyət zorakılığı, valideyn laqeydliyi, maddi məhrumiyyət və travmatik hadisələr kimi təsvir edilən problemlər beynin müxtəlif hissələrinə təsir göstərir.
Tədqiqat beynin funksional təşkilinə, somatosensor funksiyalara (emosional qavrayış və bədən hissi), subkortikal funksiyalara (hərəkət funksiyaları, bəzi əsas emosional proseslər və yaddaş) və nəhayət, ümumi beyin funksiyalarına təsirlərə diqqət yetirir.
Əldə edilən nəticələr göstərir ki, qeyd etdiyimiz bölgələrin, xüsusən də beynin duyğulara cavabdeh olan bölgəsinin inkişafına uşaqlıq dövründə yaşanan çətinliklər təsir edir.
Ən güclü təsir maddi sıxıntılar üzündən görülür! Onun ən böyük təsiri emosiyalardan məsul olan nahiyədədir!
Uşaqlıq dövründə yaşanan maddi çətinliklər, ev və ətraf mühitin qeyri-sabitliyi, valideyn laqeydliyi beyindəki əlaqələr arasındakı qruplaşmanı azaldır ki, bu da beyin bölgələri arasında koordinasiyanı zəiflədir.
Bildirilir ki, maliyyə çətinlikləri ən çox beynin somatosensor (sensor qavrayış) və subkortikal (hərəkət funksiyaları və əsas emosional proseslər) şəbəkələrindəki nahiyələrinə təsir edir.
Belə nəticəyə gəlinir ki, valideyn laqeydliyi, ev və ətraf mühitin qeyri-sabitliyi bütün beyinə təsir edir.
Xülasə, bu araşdırma göstərir ki, uşaqların erkən yaşda qarşılaşdıqları çətinliklər onların beyin quruluşuna əhəmiyyətli dərəcədə təsir edir
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, uşaqların üzləşdiyi müxtəlif çətinliklər onların beyinlərinin müxtəlif bölgələrinə və funksiyalarına müxtəlif yollarla təsir edir və bu təsirlər uşaqların psixi sağlamlığında öz əksini göstərir.
Tədqiqat bu məsələyə diqqət çəkir, xüsusilə də maliyyə çətinliklərinin beyin təşkili və psixi sağlamlığa güclü təsirləri üzərində dayanır.
Təbii ki, hər bir elmi araşdırma kimi bu tədqiqatın da müəyyən məhdudiyyətlərə malik olduğunu və yalnız öz nümunəsi çərçivəsində genişləndirilə biləcəyini bir daha xatırladaq.
Qadir, Bizimyol.info