Yeni bir araşdırma qida növləri ilə beyin yaşlanması arasındakı əlaqəni araşdırdı. Nəticələr bir növ pəhrizin qocalmanı yavaşlatdığını göstərdi. Elm adamları qocalmanın bioloji prosesini daha yaxşı başa düşmək, daha uzun yaşamağa imkan vermək və yaşlandıqca necə sağlam qala biləcəyimizi göstərmək üçün müntəzəm olaraq araşdırmalar aparırlar. Bu mövzuda yeni bir araşdırma beynimizin yaşlanma sürətini qida növləri ilə əlaqələndirir.
ABŞ-ın İllinoys və Nebraska-Linkoln universitetlərindən olan tədqiqatçılar 65-75 yaş arası 100 könüllünün qida qəbulunu və beyin skanının nəticələrini müqayisə ediblər. Müəyyən pəhrizlərin daha yavaş qocalma ilə əlaqəli olub-olmadığı müşahidə edildi. Nəticələr “npj Aging”-də dərc edilib.
Balıq, zeytun yağı və tərəvəzlərlə zəngin olan Aralıq dənizi pəhrizi beynin qocalmasını ləngidir. Araşdırmalar nəticəsində Aralıq dənizi pəhrizi olaraq tanıdığımız, zeytun yağı, tərəvəz, meyvə və dəniz məhsulları ilə zəngin bir pəhrizə bənzər bir pəhriz beynin daha yavaş yaşlanması ilə əlaqələndirildi. Bu, Aralıq dənizi pəhrizinin bədənimiz üçün ən yaxşı pəhrizlərdən biri olduğunu göstərən əvvəlki araşdırmaları dəstəklədi.
Daha dəqiq nəticələr əldə etmək üçün tədqiqatçılar könüllülərin onlara nə yediklərini söyləmələri əvəzinə, birbaşa qan nümunələrini təhlil etdilər və biomarkerləri araşdırdılar. Balıq və zeytun yağında olan yağ turşuları, ispanaq, badam və zeytun yağında olan E vitamini, yerkökü və balqabaqda olan piqmentlərin faydalı biomarkerlər olduğu aşkar edilmişdir.
Bu tədqiqat qəti nəticələr vermək üçün kifayət qədər əhatəli deyil. Bununla belə, bu, əvvəlki tədqiqatları dəstəklədiyi üçün vacibdir. 2023-cü ildə edilən ayrıca bir araşdırma da Aralıq dənizi pəhrizi ilə idrak qabiliyyətinin aşağı düşməsi arasında əlaqə tapılıb. Komanda önümüzdəki dövrdə klinik araşdırmaları araşdıraraq qidalanmanın beyinə təsiri haqqında daha çox öyrənməyə çalışacaq.
Dietoloq Aynurə Məmmədova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, beynin gənc qalması və yaxşı çalışması üçün 12 növ önəmli qida var. Dietoloq qeyd edib ki, pəhrizinizi sağlam qidalarla zənginləşdirməklə yanaşı, beyninizin sürətli düşünməsinə və yaddaşın güclənməsinə kömək edə bilərsiniz.
Qoz
Ümumiyyətlə, qoz-fındıq sağlam yağların mənbəyidir, ona görə də həm ürəyiniz, həm də beyniniz üçün faydalıdır. Qoz, xüsusilə doymamış yağ turşularının Omeqa-3 sinfinə aid olan alfa-linolenik turşusu ilə zəngindir.
Somon, alabalıq
Somon ailəsindən olan yağlı balıqlar, tərkibindəki yüksək yağ turşularına görə də dietologiyada çox diqqət çəkirlər. Hesab edilir ki, insan nə qədər çox Omeqa-3 yağ turşusu qəbul edərsə, qanında bir o qədər beta-amiloid səviyyəsi aşağı düşür. Beyində beta-amiloidin yığılması ağır neyrodegenerativ xəstəlik olan Alzheimer xəstəliyinin patogenezi ilə əlaqələndirilir.
Sarıkök
Məlumdur ki, beynimizdəki neyronlar həyatı boyu yeni əlaqələr yaratmağa davam edə bilər.
Qaragilə
Giləmeyvə güclü antioksidant xüsusiyyətlərə malikdir. Həftədə iki porsiya qaragilə yemək yaddaşı yaxşılaşdıra və yaddaşın zəifləməsinin qarşısını ala bilər.
Pomidor
Beyin hüceyrələrimiz 60 faiz yağdan ibarətdir və pomidorda olan yağda həll olunan qidalar onları güclü qoruyur. Söhbət karotenoidlərdən gedir. Bunlar sərbəst radikalları zərərsizləşdirməyə kömək edən əla antioksidantlardır.
Çia toxumu
Çia toxumlarında olan Omeqa-3 yağ turşuları da əla beyin gücləndiricidir. Onları qatıqlara, kəsmiklərə və evdə hazırlanmış desertlərə əlavə edə bilərsiniz.
Brokoli və ispanaq
Tədqiqatlar göstərir ki, müntəzəm olaraq tünd yaşıl tərəvəz yemək bilişsel zəifləməni yavaşlatır. Bu, ehtimal ki, bu tərəvəzlərin A, K vitamini, fol turşusu, lutein və lif kimi beyin üçün faydalı qidalarla zəngin olmasıdır.
Alma
2006-cı ildə aparılan bir araşdırma, almada olan "quercetin" adlı təbii biokimyəvi birləşmənin beyin neyronlarını oksidləşmədən qoruya biləcəyini müəyyən etdi. Quercetin beyində hüceyrə ölümünü azaldır, bu da neyronların oksidləşməsi və iltihabı ilə əlaqələndirilir. Bu proses Alzheimer xəstəliyi kimi neyrodegenerativ pozğunluqların azaldılmasında mühüm rol oynaya bilər.
Soğan
Soğan yaxşı təbii folat mənbəyidir. Folatın bədəndəki patoloji dəyişikliklərin proqnozlaşdırıcısı hesab edilən kükürd tərkibli amin turşusu homosisteinin səviyyəsini azaltmaqla beyinə qan axını yaxşılaşdırdığı sübut edilmişdir. Homosistein səviyyəsinin azaldılması depressiyadan əziyyət çəkən insanlara da faydalı təsir göstərə bilər.
Kətan toxumu
Alfa-linolenik turşusu da daxil olmaqla digər zəngin Omeqa-3 mənbəyidir. Kətan toxumu qan təzyiqini aşağı salmağa və buna görə də beyinə qan axını yaxşılaşdırmağa kömək edə bilər. Bundan əlavə, qan təzyiqinin aşağı salınması ürək-damar xəstəliklərinin, o cümlədən insultların inkişaf riskini də azaldır.
Qəhvə
Gündəlik stəkanınızdakı kofein sizi oyandırmaqdan daha çox şey edir. 2014-cü ildə edilən bir araşdırma, daha çox kofein qəbul edən insanların zehni funksiya və yaddaş testlərində daha yaxşı nəticə verdiyini göstərdi.
Çay
Məlum olub ki, çayın tərkibindəki kofein turşusunun birləşməsi beyin fəaliyyətinə əla təsir göstərir.
İradə Cəlil, Bizimyol.info