Əgər siz 5 saniyəlik qayda ilə düşmüş yeməyi götürüb yeməyin təhlükəsiz olduğunu düşünənlərdənsinizsə, tək deyilsiniz. Bəs bu qayda nə dərəcədə doğrudur?
Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, yeməyimiz yerə düşdüyü zaman hamımız zaman-zaman bir tərəddüd anı yaşayırıq.
Onu tez götürüb yeməlisən, yoxsa zibil qutusuna atmalısan? Bu zaman ağlımıza dərhal məşhur “5 saniyə qaydası” gəlir. Qaydanın mahiyyətinə və əsasına elmin işığında baxaq.
Bu 5 saniyə qaydası nədir?
Sözügedən qayda yerə atılan qidanın 5 saniyə ərzində götürüldüyü təqdirdə yeməli olduğunu göstərir və mikroorqanizmlərin qidanı qısa müddətdə çirkləndirə bilməyəcəyini nəzərdə tutur.
Amma real həyatda hər şey o qədər də sadə olmaya bilər...
Bəs nə dərəcədə doğrudur?
"Rutgers" Universitetində edilən araşdırmaya görə; Yeməyin nəmliyi, onun düşdüyü səthin növü və təmas müddəti çarpaz çirklənmə dərəcəsinə təsir göstərir. Beləliklə, bəzi qidalar və səthlər digərlərindən daha təhlükəsiz ola bilər. Araşdırmanın nəticələrini təqdim edirik:
Nəmliyi yüksək olan qidalar daha çox çirklənməyə məruz qalır. Məsələn, tərkibində çoxlu su olan qarpız ən çox çirklənmiş qidalardan biridir.
Səth növü də böyük amildir
Araşdırmalar göstərir ki, xalçalı səthlər çox aşağı ötürmə sürətinə malikdir; kafel, paslanmayan polad və taxta səthlər daha yüksək ötürmə sürətinə malikdir.
Bəzi hallarda qidanın bakterial çirklənməsi 1 saniyədən az müddətdə başlaya bilər. Bir sözlə, yerə düşən hər qida məhsulunu, hətta çəngəl, qaşıq və digər əşyaları da istifadə etməmək ən doğrusubur.
Qadir, Bizimyol.info