Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yemək tərzini dəyişdirməklə, qidadan daha çox zövq almaq və çəki artımını önləmək mümkündür...
Yemək tərzini dəyişdirməklə, qidadan daha çox zövq almaq və çəki artımını önləmək mümkündür...

Yeməyimizin çəkimizə təsiri illər ərzində bir çox araşdırmalar tərəfindən təsdiqlənib. Bəs bu hansı effektdir?

Bizimyol.info xəbər verir ki, "webtekno"nun verdiyi məlumata görə, ağzımıza qoyduğumuz tikəni dişləməyimizlə başlayan həzm prosesimiz yemək yeyərkən davranışımızdan ciddi şəkildə təsirlənir.

Tədqiqatın nəticələrinə uyğun olaraq yemək tərzinizi dəyişdirsəniz, həm yeməklərdən daha çox zövq ala bilərsiniz, həm də arzuolunmaz çəki artımının qarşısını ala bilərsiniz! Necə olduğunu izah edək.

Həzm yemək hələ ağzımızda olarkən başlayır

Həzm dediyimiz proses çəngəllə batırılmış yeməyi ağzımıza qoyduğumuz andan başlayır, çünki ağız suyundakı fermentlər qidanı nəmləndirir, dişlərimiz isə yeməyi parçalayır.

Bir növ yemək mədəmizə keçməzdən əvvəl hazırlıqlardan keçir. Çeynəmək də həzmi yaxşılaşdırmağın yollarından biri kimi xidmət göstərir.

Elmə görə, yeməyi çeynəməyimiz çəkimizə təsir edir

Diqqətlə yeyiriksə, beynimizə aclıq və toxluq siqnallarını qəbul etmək imkanı veririk. Ona görə də ağzımıza atdığımız hər dişləməyə vaxt ayırsaq, beynin aclıq və toxluq hissini əldə etməsinə kömək edə və həddindən artıq yemək istəyinin qarşısını ala bilərik.

2017-ci ildə nəşr olunan bir araşdırma, yavaş-yavaş yeyən insanların daha tez tox olduqlarını, daha az yediklərini və bədən kütləsi indekslərinin aşağı olduğunu ortaya qoyub.

Bunu dəstəkləyən başqa araşdırmalar da var

"Obesity" jurnalında dərc edilən 2014-cü il araşdırmasına görə, daha sürətli və daha yavaş yemək yeyən insanlar arasında metabolik nisbətdə böyük fərq var. 2021-ci il tarixli başqa bir araşdırma da eyni nəticələr qeyd edilib. İdman Elmləri Professoru Naoyuki Hayashi bu mövzuda bunları deyir: "Yeməklərinizi düzgün çeynəsəniz, piylənmə və hipertoniya kimi ürək-damar xəstəliklərinin meydana gəlməsi ilə əlaqəli metabolik sindromun qarşısını alaraq arıqlamağa kömək edə bilərsiniz".

Bir sözlə, yeməkdən zövq alsanız və yavaş-yavaş çeynəsəniz, həm metabolik sağlamlığınızı yaxşılaşdıra, həm də arzuolunmaz çəki artımının qarşısını ala bilərsiniz.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »