Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzzadakı israilli məhbusların ailələri: “Onların qətlinə şərik olmayın”
Qəzzadakı israilli məhbusların ailələri: “Onların qətlinə şərik olmayın”

Qəzzadakı israilli məhbusların ailələri müharibənin bitməsini istəyir və qohumlarının evlərinə qayıtmasının yeganə yolunun bu olduğunu bildiriblər.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin bombardmanında ölən məhbusların fotoşəkillərini dərc etdikdən sonra məhbusların ailələri Tel-Əvivdə mətbuat konfransı keçirib.

Ailələr adından mətbuata təqdim edilən tədbirin qətnaməsində məhbusların evlərinə qayıtmasının yeganə yolunun müharibəni bitirmək olduğu qeyd edilib. Eyni zamanda son ictimai rəy sorğusunda da israillilərin əksəriyyətinin müharibənin bitməsini dəstəklədiyi bildirilib.

Bəyanatda Baş nazir Benyamin Netanyahu və hökumətinə: “Xalqın səsinə qulaq asın, çünki siz onları təmsil etməklə hökumət kürsüsündə oturmusunuz”, - deyə çağırış edilib. Həçinin məhkumun qohumu mətbuat konfransında: “Hökumət indi HƏMAS ilə razılaşmasa, müharibə əsirləri evlərinə qayıtması heç vaxt mümkün olmayacaq və biz onları həmişəlik itirəcəyik. İsraillilər hər şeydən əvvəl əsirlərin öz evlərinə qayıtmasını istəyirlər. Tarix hər birinizi mühakimə edəcək. Onlara (əsirlikdə olanlara) etinasızlıq göstərməkdə günahsız insanların qətlinə şərik olmayın və əzizlərimizin həyatını xilas edib bura gətirmək yolunu seçin, çünki vacib olan budur”, - aksiya ixtirakçıları qeyd edib.

İsrailli məhbusların qohumları Həmas ilə məhbus mübadiləsi razılaşması tələbi ilə həftələrdir nümayişlər keçirirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »