Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Avropa yenidən silahlanmalıdır”: Polşadan diqqət çəkən çağırış
“Avropa yenidən silahlanmalıdır”: Polşadan diqqət çəkən çağırış

Polşanın xarici işlər naziri Radoslav Sikorski Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın imperiya ambisiyalarını məğlub etmək üçün bütün Avropa yenidən silahlanmalıdır.

Bizimyol.info xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Britaniyanın “The Guardian” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın imperiya ambisiyalarına qalib gəlmək üçün Avropa uzunmüddətli şəkildə yenidən silahlanmalıdır və bunda İngiltərə də rol oynayacaq.

Rusiyanın indi o qədər də böyük olmayan Pirr qələbələri əldə etdiyini bildirən xarici işlər naziri Radoslav Sikorski, Polşa, Almaniya və Fransanın Soyuq Müharibənin sonuna doğru Avropa Birliyinin müdafiə potensialındakı boşluqları doldurmaq üçün geniş əsaslı təşəbbüsü dəstəklədiyini ifadə edib.

Ölkəsinin ÜDM-in 4 faizini müdafiəyə xərclədiyini deyən Radoslav Sikorski, digər ölkələrin də bu nisbətlə ayaqlaşmalı olduqlarını qeyd edib. Sikorski: “Soyuq müharibə başa çatdıqdan sonra bütün müdafiə sənayesi obyektlərinin bağlanmasına icazə verildi, çünki şirkətləri istehsal xətlərini ehtiyatda saxlamağa inandırmaq baha başa gəlirdi. Avropa müdafiə avadanlığı istehsalçıları hələ də silahlanma prosesinin davamlı olduğuna inanmırlar”, - deyə bildirib.

Rusiya prezidenti Vladimir Putinin ölkənin ÜDM-nin 40 faizini müdafiəyə xərclədiyini və 3 milyon yarım insanın hərbi sənaye obyektlərində çalışdığını bildirən Polşalı nazir, əksinə, Avropanın silahsızlaşdırılma sahəsində nəinki tərksilah, həm də sənayesizləşdiyini bildirib.

Rusların Ukraynanın enerji şəbəkələrini, buğda terminallarını, qaz anbarlarını və mülki strukturlarını vurduğunu ifadə edən xarici işlər naziri Radoslav Sikorski, Rusiyanın nüvə silahından istifadə etməkdən başqa özünü çox məhdudlaşdırmadığını bildirib. Rusiyanın nüvə silahından istifadə təhlükəsinə şübhə ilə yanaşan Sikorski qeyd edib ki, ABŞ-ın Rusiya nüvə silahından istifadə edəcəyi təqdirdə heç kimi öldürməyəcəyi halda Ukrayna ərazisindəki Rusiya hədəflərinə adi silahlarla hücum edəcəkləri ilə bağlı təhdid Rusiya üçün kifayət qədər etibarlıdır.

Ölkələri Aİ-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləməyə çağıran Radoslav Sikorski: “Mən 5 min nəfərlik AB mexanikləşdirilmiş briqadasının yaradılmasının tərəfdarıyam”, - deyib.

Xarici işlər naziri Sikorski qeyd edib ki, Böyük Britaniya istəsə, Polşanın Aİ-nin təhlükəsizlik və müdafiə strukturlarına ən dərindən daxil olmasının tərəfdarıdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »