Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Quterreş İranın BMT-dəki nümayəndəliyində Rəisi və Abdullahiana ehtiramını bildirib
Quterreş İranın BMT-dəki nümayəndəliyində Rəisi və Abdullahiana ehtiramını bildirib

BMT-nin baş katibi Antonio Quterreş İranın dünya təşkilatındakı daimi nümayəndəliyinə baş çəkərək, respublika prezidenti İbrahim Rəisinin, bu ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahianın və helikopter qəzasında onları müşayiət edənlərkən həlak olanların xatirəsini ehtiramla yad edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "İSNA" agentliyi məlumat yayıb.

Agetliyin verdiyi məlumata görə, Quterreş başsağlığı kitabına ürək sözlərini yazıb və İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani ilə qısa görüş keçirib.

Bundan əvvəl dünya təşkilatı rəhbərinin birinci müavini Əminə Məhəmməd İranın diplomatik missiyasına baş çəkib və mərhum prezidentin xatirəsini ehtiramla yad edib.

Mayın 20-də BMT baş katibinin ofisi bildirib ki, Quterreş iranlı siyasətçilərin vəfatı xəbərindən kədərlənib və İslam Respublikası hökuməti və xalqına səmimi başsağlığı verib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »