Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden yenidən Putin haqqında təhqiramiz açıqlama verib
Bayden yenidən Putin haqqında təhqiramiz açıqlama verib

ABŞ prezidenti Co Bayden növbəti dəfə Rusiya dövlətinin başçısı Vladimir Putin haqqında təhqiramiz ifadə işlədib.

Bizimyol.info xəbər verir ki, Vest-Poyntda ABŞ Hərbi Akademiyasının məzunları qarşısında çıxış edən Bayden qeyd edib ki, Vaşinqton Kiyevi silahla təmin etməkdə və Ukrayna hərbçilərinə təlim keçməkdə davam edir. “Ukraynada heç bir Amerika əsgəri yoxdur və mən bu kursu olduğu kimi saxlamaqda qərarlıyam”, - deyə Bayden bildirib.

“Lakin biz Ukraynanın tərəfindəyik və onu dəstəkləməyə davam edəcəyik. Biz uzun illərdir tanıdığım bir insana, qəddar tirana qarşıyıq. Biz geri çəkilə bilmərik və geri çəkilməyəcəyik”, - deyə Amerika lideri davam edib.

“Putin NATO-nun parçalanacağına əmin idi”, - deyə Bayden bildirib. ABŞ prezidentinin sözlərinə görə, 2021-ci ildə Cenevrədə görüş zamanı o, Rusiya liderinə deyib ki, əgər o, “finlandiyalaşma”, yəni Ukraynanın neytrallığını istəsə, sonda bütün Avropanın “natosızlaşması”nı təb edəcək. Onun sözlərinə görə, “bu gün dünya tarixində ən böyük müdafiə ittifaqı həmişəkindən daha güclüdür”.

Putinin fevralın 22-də dediyi kimi, Bayden ABŞ-ın növbəti prezidenti kimi Rusiya Federasiyasına Donald Trampdan “daha ​​üstün olduğu” sözlərinə belə cavab verib.

"VGTRK" jurnalisti Pavel Zarubinin sualını cavablandıran Rusiya lideri Baydenin bu hücumlarını yalnız onun haqlılığının təsdiqi adlandırıb. Öz növbəsində, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Baydenin bu cür bəyanatları yalnız ABŞ-ın özünü təhqir edir və onlar üçün “böyük biabırçılıqdır”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »