Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlin əvvəlindən 733 nəfər bank sektoru ilə vidalaşıb
2017-ci ilin may ayının 1-ə Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16 214 nəfər təşkil edib. "APA-Economics" xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikada deyilir.

Rəqəmlərin təhlili göstərir ki, apreldə bank sektorunda çalışanların 98 nəfəri işdən çıxıb. Belə ki, mart ayındakı statistikaya əsasən, bank sektorunda çalışanların sayı 16 312 nəfər olub.

Ümumiyyətlə, bu ilin 4 ayında bank sektorunu 733 nəfər tərk edib. Belə ki, bu ilin yanvarın 1-ə bank sektorunda çalışan işçilərin sayı 16 947 nəfər olub.

Qeyd edək ki, bu ilin I rübündə ölkədə 32 bank fəaliyyət göstərib.

Son xəbərlər
Bütün xəbərlər »