Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tavuşda Azərbaycanla sərhədin 7 km-lik hissəsinin mühafizəsi sərhədçilərə verilib - Ermənistan MTX
Tavuşda Azərbaycanla sərhədin 7 km-lik hissəsinin mühafizəsi sərhədçilərə verilib - Ermənistan MTX

Mayın 24-dən Ermənistan sərhəd qoşunları Tavuş vilayətində - Berkaber kəndi yaxınlığında 1,9 km və Voskepar və Bağanis kəndləri yaxınlığında 4,9 km-də sərhəd hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat xidməti ölkə mətbuatına məlumat yayıb.

Dövlət sərhədinin Kirants kəndi yaxınlığındakı 5,8 km-lik hissəsinin mühafizəsi 2024-cü il iyulun 24-dək keçid sxemi üzrə həyata keçiriləcək”, - deyə idarənin açıqlamasında bildirilir. Qeyd olunur ki, eyni məntiqlə mayın 24-dən etibarən sərhədin Azərbaycan tərəfdə olan hissələrinin mühafizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçiriləcək. Bundan əvvəl bildirilmişdi ki, mayın 18-dən Ermənistan sərhədçiləri burada sərhəd-keçid məntəqələri qurulmazdan əvvəl Kirantsda quruda kəşfiyyat aparırlar.

Delimitasiya çərçivəsində Kirants kəndinin ərazisinin bir hissəsi - və bunlar iki ev, bir körpü, Gürcüstana gedən dövlətlərarası yolun bir hissəsi və ilkin olaraq 50-yə yaxın torpaq sahəsi Azərbaycana qytarılır. Xatırladaq ki, mayın 15-də iki ölkənin sərhədində Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri Mher Qriqoryanın və Şahin Mustafayevin sədrliyi ilə delimitasiya komissiyalarının doqquzuncu iclası keçirilib. Nəticədə 1976-cı ilin xəritələri əsasında bir sıra yaşayış məntəqələri arasında bilavasitə sərhədin delimitasiyasını təsvir edən protokol imzalanıb. Komissiyaların qərarına əsasən, 33 il ərzində əlçatmaz olan 25 hektara yaxın əkin sahəsi kəndə qaytarılacaq.

Bununla belə, Ermənistanı Gürcüstanla birləşdirən yolun köçürülməsi (məsələ 2-3 ay ərzində həll olunacağı vəd edilir), həmçinin Kirants sakinlərinin bəzi evləri ilə bağlı problem yaranıb. Dövlət vətəndaşların əmlakının itirilməsi ilə bağlı dəymiş ziyanı əmlak və ya maliyyə vəsaiti hesabına ödəmək niyyətindədir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »