Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyanın partiyası kilsə əmlakının müsadirə olunacağını açıqlayıb
Paşinyanın partiyası kilsə əmlakının müsadirə olunacağını açıqlayıb

Ermənistan hakimiyyəti dövlət ehtiyacları üçün erməni apostol kilsəsinin əmlakını əlindən ala bilər.

Bizimyol.info xəbər verir ki, bunu parlamentdə keçirdiyi brifinqdə baş nazir Nikol Paşinyanın “Mülki müqavilə” fraksiyasının katibi Artur Ovannisyan deyib.

“Erməni Apostol Kilsəsinin xüsusi statusu var, lakin Ermənistanda baş verən demokratik və vergi dəyişikliklərini nəzərə alsaq, ölkəmizdə dövriyyədə olan maliyyə resursları kölgədən çıxmalıdır. Bəli, kilsənin bir sıra imtiyazları var ki, bulardan istifadə olunmayan əraziləri misal göstərmək olar. Onlar dövlət üçün faydalı ola bilər və dövlətin müxtəlif ehtiyacları üçün istifadə edilə bilər. Kilsə dövlətlə əməkdaşlıq etməli və kölgədən çıxmalıdır”, - deyə Ovannisyan qeyd edib.

Bundan əvvəl arxiyepiskop Baqratın başçılıq etdiyi mitinqlər fonunda Paşinyan da çıxış edərək Erməni Apostol Kilsəsini erkən orta əsrlərdən bəri “təsir agenti” olmaqda ittiham edib və “yaxın iki-üç ay ərzində məsələni həll edəcəyi ilə hədələyib.

Qeyd edək ki, Ermənistanda Tavuş yeparxiyasının sədri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərlik etdiyi “Vətən naminə Tavuş” müxalifət hərəkatının etiraz aksiyaları və müxsəlif siyasətçilərlə görüşləri davam edir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »