Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron Yeni Kaledoniyada fransız polis qüvvələrinin qalacağını deyib
Makron Yeni Kaledoniyada fransız polis qüvvələrinin qalacağını deyib

Fransa polisi və jandarm heyətinin gücləndirilmiş bölmələri lazım olduğu müddətdə Yeni Kaledoniyada (Sakit okeanda Fransanın xarici ərazisi) qalacaq.

Bizimyol.info xəbər verir ki, bunu Fransa prezidenti arxipelaqda olarkən bəyan edib.

“Yaxın bir neçə saat ərzində Yeni Kaledoniyaya yerləşdiriləcək təhlükəsizlik qüvvələri lazım olduğu qədər orada qalacaq. Prioritet respublikada sabitliyi bərpa etməkdir”, - deyə o, "X" sosial şəbəkə hesabında yazıb.

“Le Monde” qəzetinin yazdığına görə, dövlət başçısı Fransanın Yeni Kaledoniyadakı Ali Komissarlığının ofisinə səfəri zamanı arxipelaqlara göndərilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayının 3 min nəfərə çatdırılacağını bildirib və əlavə edib ki, onlar hətta Olimpiya və Paralimpiya Oyunları zamanı da orada qala bilər. Eyni zamanda o əlavə edib ki, yerli ictimai-siyasi xadimlər yollardan barrikadaların götürülməsini tələb etsə, fövqəladə vəziyyət uzadılmayacaq.

Dövlət başçısı həmçinin bildirib ki, adada keçirilən üç müstəqillik referendumunun nəticələrindən geri çəkilməklə sakitləşməyə nail olunmayacaq: “Mən istəyirəm ki, 2018-ci ildə səfərim zamanı qeyd etdiyim çərçivədə siyasi, həmçinin institusional məsələlər və layihələr üzrə ədalətli, birbaşa, açıq müzakirələr aparaq. Biz konstruktiv sülhə gəlməliyik”, - deyə o, bir hissəsini "X"də dərc etdirdiyi yerli siyasətçilərlə söhbəti zamanı deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »