Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qatarların filləri vurmasının qarşısını almaq üçün Hindistanda "müasir" üsul istifadə olunur
Qatarların filləri vurmasının qarşısını almaq üçün Hindistanda "müasir" üsul istifadə olunur

Hindistanın cənubundakı Tamil Nadu əyalətinin səlahiyyətliləri qatarlarla toqquşması nəticəsində dəmiryol xətlərində fil ölümlərinin qarşısını almaq üçün süni intellektə əsaslanan müşahidə sistemindən istifadə edir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "BBC"nin məlumatına görə, fillərin miqrasiya yolu ilə kəsişən Madukkarai şəhəri yaxınlığında qatar vurmaları nəticəsində ölən heyvanların sayı artdıqdan sonra Tamil Nadu əyalətinin səlahiyyətliləri hərəkətə keçərək vəziyyətdən çıxış yolu axtarıblar.

Meşə mühafizə qrupları şəhərin iki dəmir yolu xətti boyunca süni intellekt texnologiyasından istifadə edərək, termal kameraları olan 12 müşahidə qülləsi quraşdırıblar. Səlahiyyətlilər bu vasitə ilə, relslərin yaxınlığında fillər aşkar edildikdə, toqquşmaların qarşısını almaq üçün qatarların sürətini azaltmaq və filləri dəmir yolundan çıxarmaq kimi ehtiyat tədbirləri görüblər. Həmçinin bildirilib ki, 4 nəfər şəxsi heyət dəmir yolu xəttinin yaxınlığındakı dispetçer otağından kameralara daim nəzarət edir.

Komandanın rəhbəri Aşiş Rajput bildirib ki, kameralar hətta dəmiryol xətlərinin yaxınlığında olan insanları aşkar etmək üçün proqramlaşdırılıb. Rajput qeyd edib ki, tətbiq qüvvəyə mindiyi gündən etibarən dəmir yolu xətlərinə yaxınlaşan təxminən 400 fil relslərdən təhlükəsiz keçid edib və baş verə biləcək qəzaların qarşısı alınıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »